Kefirin evdə hazırlanması

Son güncelleme: 01.12.2009 20:35
  • Evdə kefir hazırlarkən pasterizə və sterelizə südlər də istifadə olunur.

    Bu zaman südlərin təkrar isidilməsinə gərək qalmır və ən əsası qabların üst

    qismində yağ təbəqəsi əmələ gəlmir.
    Evdə kefir hazırlarkən əvvəlcə süd bir buğum qaynaılır

    və otaq temperaturunda soyudulur.

    Sonra bu süd ağzı sıx qapağı olan şüşə bankaya tökülür.

    Qapaqlı banka istifadə olunmasının səbəbi fermentləşmə prosesi zamanı

    kefirə ayrı bir dad verən CO2nin uçmasının qarşısını almaqdır.





    1 litr süd üçün təqribi 20-40 qram kefir dənəsi lazım olur və təmiz bir qaşıqla qarışdırılaraq ağzı qapalı şüşə bankada saxlanılır.

    Hətta üzərini bir dəsmalla örtə bilərsiniz.

    Bu şəkildə mayalanmış süd 200 C - də və işıq almayan qaranlıq bir yerdə 24-48 saat fermantləşmə üçün qoyulur.Fermentləşmə sonucunda aşılanmış südün kefirə dönüşməsindən sonra alınan məhsul xırda dəlikli bir süzgəcdən keçirilir.Süzgəc üzərində qalan kefir dənələri ayrılır və yenidən kefir hazırlanmasında istifadə olunacaq.

    Süzülən qism isə kefirin özüdür və olduğu kimi içilir.Kefiri soyuducuda saxlamaqla bir neçə gün daha tükətmək olur.Kefir içilməsi üçün ən yaxşı zaman səhərlər ac qarına və ya gecə yatmadan əvvəlki zamandır.

    Digər tərəfdən kefir dənələrini hər 40-45 gündən bir ilıq su altında süzgəc içərisində yumaq lazımdır.
#01.12.2009 20:35 0 0 0