Alman alimləri daim cavan qalmağın formulunu tapıb
Mütəmadi idmanla məşğul olduqda insan orqanizmindəki hüceyrə və DNT-də qocalma tempi aşağı düşür. Belə bir rəyə uzunmüddətli araşdırmadan sonra Almaniyanın Hamburq şəhərindəki Saar universitetinin professoru Ulrix Laufs gəlib.
Sözügedən universitetin alimləri idmanla mütəmadi məşğul olan və olmayan gəncləri müvafiq testlərə cəlb edib. Araşdırma nəticəsində məlum olub ki, qaçışla mütəmadi məşğul olan şəxslərin hüceyrələri daha az qocalır.
Professor Ulrix Laufsun sözlərinə görə, idman etdikdə orqanizmdə xüsusi ferment ifraz olunmağa başlayır ki, bu da sonda qocalmanın qarşını nisbətən alır.