Tarixdə bu gün-6 dekabr

Son güncelleme: 06.12.2009 00:53
  • 6 dekabr. İlin sonuna 25 gün qalır

    1240. Moğol hökmdarı Batı xanın Kiyev şəhərini işğal edib

    1492. Kolumbun ekspedisiyası Haiti adalarına gəlib

    1790. ABŞ Konqresi Nyu-Yorkdan Filadelfiyaya köçüb

    1865. ABŞ Konstitusiyasına Köləliyi qadağan edən maddə əlavə olunub

    1865. Parisdə Fransa və Monako arasında birlik sazişi imzalanıb

    1870. Fransız yazıçısı Aleksandr Düma (ata) vəfat edib

    1917. Finlandiya müstəqillik əldə edib

    1921. Londonda imzalanmış İngiltərə-İrlandiya müqaviləsi İrlandiyanın müstəqillik müharibəsinə son qoyub

    1922. İlk dəfə olaraq Kanadada bir xəstəxanada insulin sınaqdan keçirilib

    1922. İrlandiya müstəqil əyaləti qurulub

    1925. İtaliya və Misir Liviya sərhədləri haqqında müqavilə imzalayıb

    1929. Türkiyədə qadınlar seçki hüququ qazanıblar

    1938. Fransa və Almaniya mövcud sərhədlərinin toxunulmazlığı haqqında müqavilə imzalayıblar

    1971. Hindistan Pakistandan ayrılaraq öz müstəqilliyini elan edən Banqladeş Demokratik Respublikasını tanıyıb

    1983. Türkiyə 3 ildən çox davam etmiş hərbi rejim yeni seçilmiş parlamentin qərarı ilə sona çatıb

    1990. Səddam Hüseyn bütün məhbusları azad edib

    1991. Bolqarıstan Respublikasının yeni Konstitusiyası qəbul olunub

    1999. Rus ordusu Çeçenistanın paytaxtı Qroznını tərk etmək üçün sakinlərə dekabrın 11-nə qədər vaxt verib, bundan sonra isə şəhər bombardman edilib

    2005. Azərbaycan prezidenti İlham Əliyev Ümrə ziyarətində olub

    2005. Bağdad polis məktəbində iki kamikadze qadın 43 nəfərin ölümü ilə nəticələnən partlayış törədib

    2005. İranın "C-130" hərbi təyyarəsi Tehranda binaya çırpılıb, 150 nəfər həlak olub

    2006. Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və digər təhlükəli cinayət növlərinə qarşı mübarizə üzrə işçi qrupunun növbəti iclası keçirilib.

    2007. Fransa Hərbi hava yollarına məxsus "Rafale" qırıcısı qəzaya uğrayıb.

    LENT.AZ
#06.12.2009 00:53 0 0 0