Ətirlər və onlardan istifadə

Son güncelleme: 07.12.2009 18:27
  • Ətirlər və onlardan istifadə

    Qadın daima gözəlliyə can atır. İstənilən yaşda o gözəl və cəlbedici olmağa calışır. Qadın cazibədarlığını eleqant paltar, gözəl bədən quruluşu, incə gülümsəmək təmin edir. Xanımın xarici görünüşündən son cizgisi ustalıqla seçilmis ətridir.

    Ətri təkcə dəbdə olduğuna görə almaq ağılsızlıqdır. Əgər ətri düzgün seçmisinizsə, ondan səhərdən axşamadək istifadə etmək yersizdir, çünki bu yolla nə sizin, nə də ətrafınızdakıların əhvalı dəyişməyəcək.

    Sadə və yüngül ətirlər gündəlik istifadəyə, mürəkkəb ətirlər isə ziyafət və axşam görüşlərinə yararlıdır. Bəzi tualet suyu və odekalonu hətta gecə də vurmaq olar. Ancaq bir ətirdən istifadə edən qadın dəbdən geri qalmıs hesab edilir. Buna görə də ətri fəsillərə görə dəyişmək lazımdır.

    Yadda saxlamaq lazımdır ki, sevimli və bahalı markadan olan ətirlər belə, orqanizmin indivudual kimyəvi xüsusiyyəti nəticəsində xoşagəlməz ola bilər.

    Ətir alarkən onun iyini yoxlamaq üçün flakondan bir damcı biləyinizə vurub yayın. Hətta ətir xoşunuza gəlsə belə, onu almağa tələsməyin. Ətir dəyişə bilər və hətta allergiyaya meyillisinizsə, sizdə əks reaksiya verə bilər. Həm də almaq istədiyiniz ətir sevgilinizin xoşuna gəlməyə də bilər.

    Ətri parça və ya kürkə deyil, yalnız dəriyə vurmaq lazımdır. Ətir vurmaq üçün ən uyğun nahiyələr qulağın arxası, sirğalıq hissə, boğazdakı dəlik, bilək, qolun bükülən hissələrdir. Ətiri işıqdan kənar hissədə saxlamaq lazımdır.

    Ətirlər bürclərə görə də fərqlidir. Kimisi şirin, kimisi kəskin iyli ətirləri sevir. Bürcünüzüdə də nəzər salıb sizə uyğun olanı tapın. Ətrinizi tapandan sonra isə özünə güvənin.

    Önəmli şam yeməyinə dəvət almısınızsa, şirin ətirlərdən istifadə edin. Bu yola daddiğiniz təamların da iyini tam duymuş olacaqsınız. Basqalarından gələn gözəl ətri almağa tələsməyin. Həmişə eyni ətirdən isitifadə etməyin.
#07.12.2009 18:27 0 0 0