Ağıllı qadınlar niyə həmişə təkdir

Son güncelleme: 07.12.2009 18:27
  • Ağıllı qadınlar niyə həmişə təkdir?

    Kişi həmişə ağıllı qadından xoşlanar, amma zamanla bu zəka yarışında məğlub olunca hirslənər, küsər və ağlar. Eynilə uduzmanı həzm edə bilməyən bir uşaq kimi.
    Ağıllı qadınlar kişilərin uşaq alt beyinlərinin inkişaf etmədiyini bilərlər. (inkişaf etməz çünki doğurqanlık yoxdur!) Şirkət sahibi, idarəçi hətta baş nazir belə olsalar da,"əslində" onların heç böyüməyən bir uşaq olduqlarını unutmazlar və ağılları sayəsində hər vaxt onların istədiyini edirmiş kimi davranıb, öz qanunlarını tətbiq edərlər. Yazıq kişi, iqtidarın həmişə özündə olduğunu sanar.

    Ağıllı qadınları yanlarında daşımaqdan xoşlanan kişilər, zamanla onlardan qaçmanın yollarını axtararlar. Həm ağıllı qadından xoşlanar, həm də ağıllı qadından qorxar və qaçar. Yaşadıqları əlaqə boyunca yanındakı sevgililərinin zəkasıyla öyünərkən, o zəka özlərinə qarşı istifadə edildiyində hirsdən dəliyə dönərlər və hətta kobud qüvvətə müraciət edərlər. Buna görə ağıllı qadınlar həmişə təkdir.

    Ağıllı qadınlar hər şeyini verər və hər şeyini götürər. Dillərində peşmanlıq cümlələri gəzməz.Özünə olan hörmətlərini və ayaqlar altına almadıqları qürurlarına sahib çıxarlar. Qan qusarlar, amma qırmızıcıq şərbəti içdiklərini söyləyərlər.

    Ağıllı qadınlar kişilərini başqalarına əzdirməzlər.Özləri əzərlər. Bunu qürurlarını incitmədən etməyə çalışarlar, amma sonunda həmişə haqsız olan onlar olar. Onlar əvvəl susayar, sonra sorğular, ondan sonra da cavab verərlər. Susduqlarında dillərini tikanlı məftillərə dollar, danışınca əvvəl özləri qanayarlar...

    Ağıllı qadınların "danışacaq çox şeyləri olduğu üçün susqunluqları da böyük olar".Ağıllı qadınlar özünü əzdirməz. Ağıllı qadınlar özlərinə haqsızlıq etməz. Ağıllı qadınlar "mış" kimi etməz. Ağıllı qadınlar aşiqkən də ağıllıdır. Buna görə həmişə tək qalarlar.
#07.12.2009 18:27 0 0 0