Sevə-sevə ayrılaq-Nüsrət kəsəmənli

Son güncelleme: 08.12.2009 07:35
  • Biz xoşbəxt olmadıq, sevənlər kimi,
    İndi sonbahar tək sızlar qəlbimiz.
    Bəlkə bu dünyaya gəlmişik gülüm,
    Artıraq dünyanın həsrətini biz.
    * * *
    Tənə də,giley də daha əbəsdir,
    Bu sirli röyadan ayılaq gərək.
    Ya sən gecikmisən,ya mən tələsdim,
    İndi sevə-sevə ayrılaq gərək.
    * * *
    Könül gizli-gizli yanacaq indi,
    Bir damla göz yaşın dənizdir mənə.
    Bizə xatirələr qalacaq indi,
    Sənin xatirən də əzizdir mənə.
    * * *
    Bilirəm, bu həsrət üzəcək səni,
    Çalış,kölgə kimi sürünməyəsən.
    Gözlərim hər zaman gəzəcək səni,
    Çalış,gözlərimə görünməyəsən.
    * * *
    Bir hissin altında döyünür ürək,
    Səni düşünürəm səndən xəbərsiz,
    Kaş ki, biləydim ki, sən də mənim tək,
    Məni düşünürsən, məndən xəbərsiz...
#08.12.2009 07:35 0 0 0