Yumul bənövşə yumul - Nüsrət Kəsəmənli

Son güncelleme: 19.03.2010 08:57
  • Hava yaman sazaqdı,

    Günəş səndən uzaqdı,

    Bir ac quzu mələyib

    Sənə boylandı, baxdı;

    Yumul, benövşem, yumul.

    Çəmənlərə iz düşdü,

    Bir deyil ki, yüz düşdü

    Niye sənin payızın

    Hər çiçəkdən tez düşdü;

    Yumul, benövşem, yumul.



    Göyde bulud görünür,

    Bulud qara bürünür

    O dağda bir duman var

    Sənə tərəf sürünür;

    Yumul, benövşem, yumul...



    Qalarsan baxa-baxa,

    Kağız gül səndən baha

    Arı yaman çoxalıb

    Gülü de sancır daba;

    Yumul, benövşem, yumul.



    Ətrin min cür həbdədir

    Ömrün bircə həftedir,

    İndi sevənlər üçün

    Beş qərənfil dəbdədir;

    Yumul, benövşem, yumul.



    Yum gözünü, çən görmə,

    Vaxtsız gələn qəm görmə

    Dünya yaman qarışıb

    Mən görəni sən görmə;

    Yumul, benövşem, yumul!...
    "Nüsrət Kəsəmənli"
#19.03.2010 08:57 0 0 0