Kişiyə qadını anlamaq üçün sonsuz, əbədi həyat belə yetmez ( Şekspir)
Bir çox dahi qadınların anlamaq üçün bir ömür belə yetmədiyini bunun çox çətin olduğunu söyləyirlər. Qadınlar bu qədər anlaşılmazdılar? Onlar nə istəyirlər?
Kişilər söyləyir: Qadına sevgimizi verdik yetmedi, hörmət etdik yetmədi, nəzakətli yanaşdıq yetmədi, daim qayğısına qaldıq yetmədi, daim yanında olduq tənhalığı hiss etdirmədik yetmədi. Bəs qadın nə istəyir?
Qadın yeganə canlı varlıqdır ki, özü nə istədiyini belə bilmir: Bernard Şou. Bəlkə də bu ifadə ilə bir çox kişilər razılaşacaqdır. Lakin qadın da digər cinsin nümayəndələri kimi hörmət sevgi, nəzakət və rahatlıq arzusundadır. Qadın daim nə istədiyini söylər, lakin kişi bunu anlamazdan gələr, sadəcə olaraq anlamaq istəməz. Səbəb?
Bəzən qadınları sadəcə dinləmək kişilərə kifayət edər, lakin kişilər dinləməyi belə bacarmır, çünki kişilər qadınlardan daha sebrsiz, daha təmkinsizdirlər. Onlar hər şeyin hazırını, heç bir əziyyət çəkmədən istəklərini tez bir zamanda nail olmaqlarını istəyirlər. Lakin söhbət qadında gedirsə bu mümkündürmü?
Kişilər tərəfindən daim qadın anlaşılmazlığı söylənsə də qadınlar tərəfindən də kişilər bir o qədər asand anlaşılmırlar. Zəif cinsin nümayəndələri də onları anlamaqda çətinlik çəkirlər. Statistika göstərir ki, bu kimi anlaşılmazlıq üzündən qadınların bir çoxu bu ifadəni işlətməli olurlar " Kaş ki dünyaya kişi olaraq gəlsəydim".... Onlara görə bu mümkün olsa idi onlar bir qadına nələri bəxş edə, nələri yaşada bilərdilər?
Bir Qadına müəyyən qədər ayrılacaq nəzakət yetər.
Bir Qadına mümkün qədər göstərilə biləcək və ediləcək hörmət yetər.
Bir Qadına nəvaziş yetər.
Bir Qadına qayğı yetər.
Bir Qadına daim sevilməyini göstərmək yetər.
Bir Qadında dəyərli hədiyyələr ilə deyil, dəyərli sevgisi və dəyərli sözləri ilə sevgisini göstərmək yetər.
Bir Qadına tənhalıq və yalnızlıq hissini yaşatmamaq. Bu hisslə o olduğu müddətdə tanış etməməyi yetər.
Sonda bir Qadına daim diqqət yetirmək yetər.
Kişinin sevdiyi qadına sadalananları bəxş etmək bu qədərmi çətindir ?
Dünyaya kişi olaraq gəlsə idiz- bir qadına nələri bəxş etmiş olardız?