Qarabağ Bizimdir

Son güncelleme: 08.12.2009 07:49
  • Bəlkə də hər zaman sevgi haqqında yazan bir istifadəçinin bu gün bu oxuyacaqlarınız haqda yazmağı təəccüb doğuracaqdır,amma bu gün- 23.08.1993 tarixi Sevek.biz gənclərinə nəyi xatırladır sualını vermək istəyirəm....Doğurudan 23.08.1993 bu tarix bizə nəyi xatırladır?Bu tarix bizə 16 il bundan əvvəl bu gün erməni silahlı qüvvələrinin işğal etdiyi Füzuli və Cəbrayılı xatırladır.(Bəzi mənbələrdə Cəbrayılın işğalı 18.08.1993 göstərilir)
    16 il bundan öncə Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonu 2000-dən artıq qəsəbəsində məskunlaşdı. erməni silahlı qüvvələrinin hücumu və işğalı nəticəsində ərazisi 1050 km2 olan Cəbrayılın 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə və 149 mədəniyyət ocaqları işğal altında qaldı. Ümumiyyətlə, döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb.
    Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. Daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar.
    Özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir. İşğaldan sonrakı dövrdə də Cəbrayıldakı və digər əsarətdə olan torpaqlarımızdakı tarixi faktlar olan abidələrimiz və qəbirsanlıqlarımızı da məhv etmişdilər.


    Bu günə bir daha nəzər salsaq Füzuli rayonun da bu gün işğal olunduğunu görərik. Bütövlüklə, ərazisi 1112 km2 olan Füzulinin isə mərkəzi və 51 kəndi işğal altındadır. Füzulinin işğalı nəticəsində 55 min nəfərə yaxın sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalıb, 1100-dən çox rayon sakini şəhid, 1450 nəfər müxtəlif dərəcəli əlil olub, 113 nəfər əsir götürülüb. Əhalisinin sayı 108500 nəfər olan Füzuli rayonundan olan məcburi köçkünlər ölkənin 50 şəhər və 1250 kəndində məskunlaşıb.Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 71 kənd və qəsəbə var idi. Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi, şəhərdə Hacı Ələkbər məscidi, Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi,karvansara, türbə və s. göstərmək olar.
    Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb. Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli rayonunun işğalı ilə 10-15-ci əsrlərə aid 25 tarixi abidə işğal altında qalıb.
    Şuşada, Laçında, Ağdamda olduğu kimi, cəbrayıllılar da köməyə ehtiyac duyurdular. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi. Demək olar, hərə öz gücünə güvənir, fərdi qaydada intiqam almağa çalışırdı.Amma məncə artıq 16 ildən sonra heç kəs tək deyil, birlikdə yalnız Cəbrayil və Füzulini yox Şuşanı, Laçını, Ağdamı bütün işğalda olan torpaqlarımızı qaytarmq üçün nəsə eləməlidir, hər kəs öhdəsinə düşdüyü qədərini. Və bu günləri "QANLI SƏHİFƏ" deyil "TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ"kimi adlandırmayaq və heç kəs "MƏN Kİ QARABAĞLI DELİYƏM" deyib laqeid olmasın....

    XOCALI 26.02.1992
    ŞUŞA 08.05.1992
    LAÇIN 18.05.1992
    XOCAVƏND 02.10.1992
    KƏLBƏCƏR 02.04.1993
    AĞDƏRƏ 17.06.1993
    AĞDAM 23.07.1993
    CƏBRAYIL 23.08.1993
    FÜZULİ 23.08.1993
    QUBADLI 31.08.1993
    ZƏNGİLAN 29.10.1993

    Məncə 16 ilə artıq hər kəs əzbər bilməlidir, kiminsə xatırlatmasına ehtiyac olmamalı, hətta belə özümüz unudan ölkələrə xatırlatmalıyıq...
#08.12.2009 07:49 0 0 0