Əgər bilsəniz ki bu gün sizin son gününüzdür

Son güncelleme: 08.12.2009 09:45
  • Müəyyən bir ömür yolu keçirsən və 1gün məlum olurki sabah yaşadığın son gündü.
    bu yaşayacağın son gündə nə edərdin?Bu sualı çoxlarına verib tam fərqli cavablar almışam.
    Çoxları eşidəndə eşi beş günlük dünyadı zövq alardım həyatdan,sevdiyimlə keçirərdim. Əldə edə bilmədiklərimi birtəhər əldə etməyə çalışardımki gözüm arxada qalmasın,maxsimum əylənər,gəzər,kef edərdim deyibsə də bəziləri Allah-dan gunahlarımı bağışlamasını,ata anamdan etdiklərimi mənə keçməsini istərdim cavabını verib...
    Lakin təəssüfllər olsunki AllahDAN,ana atamizdan bağışlanmağı istəməyimiz son günümüzə təsadüf edir...
    Bir anlıq fikirləşəkki bu gün son günümdü sabahki gün artıq açılmayacaq mənimçün və mənə verilən əmanət (canim) alınır əlimdən...alındığı an nə hesab verəcəm?Bəlkə səhvlərimi düzəltmək üçün macal istəyəcəm AllahDAN?Bəlkə də rahat nəfəs alıb hazır olduğumu deyəcəm...Amma heç bir halda son bir şans olmayacaq...ölüm bir addımlığımızdadı hətta onnan da yaxında...Nə bizə şans verir ,nə də hazır olub olmadığımızı soruşur bizdən...
    Və budur gəldi haqq-hesab vaxti.Bu an hər bir etdiyimizə görə hətta bədən üzvlərimiz də bizdən hesab soracaq.Hər xırda günah da bağışlanmayacaq bizə....Bəzi düşüncəsiz insanlar deyirki Allah öz bəndələrin sevir istəsək bizə bir də şans verər..Düzdü Allah öz bəndələrini sevir ama sene bir ömür verilmişdi və bu ömürdə sən heç etdiklrinin sorasını fikirləşməmisənsə,əgər bir ömürə sən həyatdan nə istədiyini bilməmisənsə bir neçə günə nə edə biləcəksənki!?
    Əgər bir ömür sənə imanlı dinli biri olmağa çatmayıbsa ikinci şans da verilsə sən yenə də bildiklərini edəcəksən..Son nəfəsi verdiyimiz an dünya həyatı bağlanır bizim üçün.Həyat dəftərimiz açılır və etdiklərimiz bir bir gəlir gözümüzün qabağına ..Əməl mələkləri yazdıqlarını deyir bir bir..Vay o gününəki bu əməl tərəzisinin günah gözü savabınkindən üstün ola...Vay o günnənki CƏNNƏTƏ getmək şansımız olduğu halda etdiklərimiz səhvlər ucbatından cəhənnəmə vasil olaq !
    Yadda saxlayaqki bir insana gülüş bəxş etmək,birinin könlünü almaq,ağlayan birinin göz yaşlarını silmək,komeksiz birine el tutmaq,elacsiz birine yol gostermek ya da sadece teselli vermek,kimsəsiz birinə mən də varam deyə bilmək..Ən azından kiməsə
    varlığını hiss etdirmək cənnətə gedən yola bir addımdı..niyədə bunu özümüzə layiq görməyək..Niyə də o gözəllikləri dadma şansımız olduğu halda dünya eyş işrətinə uyub unudaq onları?........
    Biz daima iradə səbr dözüm şükür və xeyrxahlığımızla imtahana cəkilirik....
    Allah bizi dözümlü iradəli xeyirxah bəndələrindən etsin hər açılan günümüz şükürlə başlayıb səbrlə bitsin .Amin.İnşAllah
#08.12.2009 09:45 0 0 0