Qarabağsız keçən 20 ilim

Son güncelleme:
  • 0 ilimi geridə qoydum,20 payız yaşadım.Bu 20 ildə çox şeylər gördüm,çox səhnələrə şahid oldum.Öncə doğuldum.Xoşbəxt idik oralarda.Torpağım mənim,qoruyurdu bizi.Amma biz onu qoruya bilmədik.Müharibə ... Mən tankların kölgəsində böyüdüm.Onda mənim 4 yaşım vardı.Qəribədi amma,heç nəyi unutmamışam.O vaxt gördüklərim həyatımın hər anında gözlərimin önündən keçir.Orda mən əzizlərimi doğmalarımı itirmişəm.Mənim laylayım silahların səsi,oyuncağım güllələr,çizgifilmim müharibə oldu.Elə beləcə də böyüdüm.



    Torpağimdan kənarda keçirdiyim 16 il mənə çox şey öyrətdi.Böyüdükcə yaşadığım dəhşəti daha yaxşı anlayırdım.Mən utaniram xəritəyə baxanda.Səni niyə qara haşiyəyə alıblar?Yox səhv eliyirəm mən niyə utanmalıyamki..Səni qurban verənlər,kimi vəzifəyə,kimi pula gorə.Bəs görəsən onlar utanmır?Mənim kimi,neçə gəncin gözlərində hələ də minalar partlayır.Hələ də qulaqlarımızda silahların səsi,hələ də o dəhşət. Ehh canım torpağım,boş insanlar səni unutdular.Çünki,bu boş insanlar anlamırlar ki,kökləri səndədi.Sənsiz boy ata bilməyəcəklər,heç çiçəkləri də açmayacaq.Günü-gündən quruyacaqlar - don vurmuş ağaclar kimi.



    Mənsə yenə tək,yenə yalnız qalacam qurumuş ağaclar kölgəsində. Mən təkəm.Bəs insanlar hardadı? - Mənasız bayramlarda,səbəbsiz konsertlərdə.Gözlüyürlər,fanoqram sədaları altında...Nəyi gözlüyürlər? - Nə olacaq?Sondakı böyük atəşfəşanlığı.Axı bu gözəldi ... Mən bu göydə partlayan,al-əlvan fişənglərə nifrət edirəm.Təkcə ona görə yox ki,xalqın pullarını - bizim milyonlarımızı mənasız şeylərə xərcləyirlər.Həm də ona görə ki,bu fişənglər topdan atılır.Top səsi,onun yaratdığı əks-təsir,titrəyiş mənə o günləri xatırladır. -- həyəcan siqnalı,vahiməli üzlər,top mərmilərindən qorunmaq üçün zirzəmidə keçirdiyimiz onca gecə.



    Bizsə topdan hələ də fişəng atmaq üçün istifadə edirik. Heç inanmağım gəlmirki bu Azərbaycan o tarix dərslərində danışılan dövlətdi.Heçnə yox sadəcə olaraq hansısa bir türk xalqının düşdüyü bu vəziyət məni əsəbləşdirir. Bəlkə bəsdi,hə?Bəlkə oyanaq?Açaq gözlərimizi,reallığı görək. Vaxtı deyil,birləşməyin?Üsyan eləməyin,haqqımızı tələb etməyin vaxtı deyil?Məncə vaxtıdı,hər saniyə ziyanımıza işləyir hətta.Boş keçən hər saniyə məğlubiyyətə aparır. Oyan Millətim,yalvarıram,bəsdi yatdın,OYAN.
    Alinti
0 0 0