Yaşadıqlarımdan nələr öyrəndim

Son güncelleme: 08.12.2009 09:51
  • 5 YAŞ:
    Ana və atamın bir-birlərinə qışqırmalarının məni nə qədər qorxutduğunu öyrəndim.

    7 YAŞ:
    İçki içərkən gülsəm içdiyimin burnumdan gələcəyini öyrəndim.

    12 YAŞ:
    Bir şeyin dəyərini anlamanın ən yaxşı yolunun bir müddət ondan məhrum qalmaq olduğunu öyrəndim.

    13 YAŞ:
    Anamla atamın əl-ələ tutmalarının və qucaqlaşmalarının məni daim xoşbəxt etdiyini öyrəndim.

    15 YAŞ:
    Bəzən heyvanların ürəyimi insanlardan daha çox istilətdiyini öyrəndim.

    18 YAŞ:
    İlk gənclik illərimin kədər, qarışıqlıq, iztirab və eşqdən ibarət olduğunu öyrəndim.

    24 YAŞ:
    Sevginin ürəyimi qıra biləcəyini amma buna dəyər olduğunu öyrəndim.

    33 YAŞ:
    Bir yoldaşı itirmənin ən kəsə yolunun ona borc pul vermək olduğunu öyrəndim.

    36 YAŞ:
    Əhəmiyyətli olanın başqalarının mənim üçün nə düşündükləri deyil, mənim öz haqqımda nə düşündüyüm olduğunu öyrəndim.

    38 YAŞ:
    Həyat yoldaşımın məni hələ sevdiyini, qabda iki alma qaldığında kiçiyini götürməsindən anlaya biləcəyimi öyrəndim.

    41 YAŞ:
    Bir insanın özünə olan güvəninin, müvəffəqiyyətini böyük nisbətdə təyin etdiyini öyrəndim.

    44 YAŞ:
    Anamın məni görməkdən hər səfərində sonsuz xoşbəxt olduğunu öyrəndim.

    46 YAŞ:
    Yalnız kiçik bir kart göndərərək belə birinin könülünü işıqlandıra biləcəyimi öyrəndim.

    49 YAŞ:
    Hər hansı bir işi etdiyimdən daha yaxşı etməyə çalışdığımda, o işin yaradıcılığa çevrildiyini öyrəndim.

    50 YAŞ:
    Sevgi, evdə çıxarılmamışsa, başqa yerdə öyrənmənin çox güc olabilecegini öyrəndim.

    53 YAŞ:
    İnsanların mənə, icazə verdiyim şəkildə davrandıqlarını öyrəndim.

    55 YAŞ:
    Kiçik qərarları ağlımla, böyük qərarları isə ürəyimlə almaq lazım olduğunu öyrəndim.

    64 YAŞ:
    Xoşbəxtliyin ətir kimi olduğunu, özümə vurmadan başqalarına verə bilməyəcəyimi öyrəndim.

    70 YAŞ:
    Yaxşı ürəkli və mehriban olmanın, mükəmməl olmaqdan daha yaxşı olduğunu öyrəndim.

    82 YAŞ:
    Sancılar içində qıvransam belə başqalarına başağrısı olmamam lazım olduğunu öyrəndim.

    90 YAŞ:
    Kiminlə evlənəcəyin qərarının həyatda verilən ən əhəmiyyətli qərar olduğunu öyrəndim.

    95 YAŞ:
    Öyrənməm lazım olan daha xeyli çox şeylər olduğunu öyrəndim...
#08.12.2009 09:51 0 0 0