Bürclərə görə sevimli çiçəklər

Son güncelleme: 09.12.2009 00:52
  • Müxtəlif bürclər altında doğulan insanların bitki seçimi müxtəlifdir


    Qoç bürcünün bitki simvolu yabanı hindiba, exmeya, cırtdan nar, bağ ətirşahı, azaliya, beqoniya, buğa bürcününkü isə sadəcə şimali amerikada görünən kamas çiçəyi, beqoniya və bənövşədir.

    Əkizlər bürcü altında doğulan insanların sevdiyi bitki isə gözəl görünüşə malik, faydalı cavan kəklik çiçəyi, asparaqus, ayıdöşəyi, sarmaşıq, lələkli palmadır.

    Daha çox yabanı bitki və çiçəklərə maraq göstərən xərçəng bürcünün bitki simvolu isə vəhşi qızılgül, beqoniya, fuksiya, əzvay, amerika aqavasıdır.

    Şirlər torpaqda işləməyi çox xoşlayır. Buna görə də onlar, hazır dərilmiş çiçəkləri, ələlxüsus da pion, qladiolus, xrizantem güllərini bəyənirlər. Onlara zövq verən bitkilər sırasına lalə, gülümbahar, peyğəmbərçiçəyi və kalendulanı da əlavə etmək olar.

    Qız bürcü üçün uğurlu hesab edilən bitki həm gülləri, həm də yarpaqları antiseptik olan, ən gözəl çiçəklərdən biri hesab edilən bənövşədir. Yapon aukubası, fatsiyası və monstera da bu bürc altında doğulanların sevimli bitkisi hesab olunur.

    Tərəzi bürcünün bitki simvolu sığırquyruğu çiçəyi, azaliya, kaktus, dekabrist, xrizantema, zambaq, əqrəb bürcününkü isə dəvətikanı, bihuşdan, oleandr və əzvaydır.

    Oxatan bürcü altında doğulan insanların sevdiyi bitki tərkibi e vitamini ilə zəngin iynəyarpaqlı qaraşam, palma, əzvay, fikus və sitrus bitkiləridir.

    Oğlaq bürcü altında doğulanların bitkiyə münasibəti iki cür ola bilər. Onlar ya gül-çiçək yetişdirmir, ya da bütün həyatını bu işə həsr edir. Bu bürc altında doğulanların sevdiyi çiçəklər al qızılgül və ağ qərənfildir.

    Astroloqlar telli qovağı, 3 rəngli maranta, kalateya, kallistemonu dolça bürcünə xas bitki, sinir otunu, ripsalisi, fikusu, səhləb çiçəyini isə balIqlar bürcünün bitki simvolu hesab edir.
#09.12.2009 00:52 0 0 0