Modaçılar qeyri-adi dizaynlarından əl çəkə bilmirlər
Soyuq qış günlərində fərqli modellərdəki jiletlər sizə qaynar bir istilik təqdim edir. Əvvəllər sadəcə dəst patlarların altından geyinilən jiletlər artıq hər zaman hər yerdə istifadə olunmağa başlanıb. İstər idman, istərsə də klas*** geyim olsun jiletlər qadınların vazkeçilməz bir hissəsi olub.
Qısa, uzun, tüklü, triko, dəri ya da cins. Önəmli olan dar kəsimli, bədəninizə oturan dəbdəbəli və özünüzə yaraşdırdığınız jiletlər seçməyinizdi. Jiletlər sizə bir növ aksesuar taxmış kimi bir gözəllik və fərqlilik qatacaqdır. Seçiminiz patlarınızı jiletlə tamamlamaqdan ibarətdirsə, aksesuardan istifadə etməyin. Xüsusilə tüklü jiletləri cins şalvar və uzun çəkmələrlə tamamlaya bilərsiniz. Kilolu xanımlar tüklü jiletlərdən çox, uzun incə işlənilmiş triko jiletlərdən istifadə etsinlər.