Düyü unu
- 84 q, şəkər tozu
- 675 q, fındıq ləpəsi
- 285 q, yumurta ağı
- 35 q, limon turşusu
- 1 q, keşniş toxumu - 2q.
Şəkər tozu su ilə qaynadılır, limon turşusu əlavə edilib tərkibində 5-6 faiz su qalanadək bişirilir. Bişmiş karamel kütləsini çala-çala soyudur və istiliyi 50-60 0 C olduqda üzərinə yumurta ağı əlavə edilir və çalınma sür`ətləndirilir. Çalıntının hazır olması onun ağ rəngindən və soyuduqda sınmasından bilinir. Çalınmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu əlavə edilib qarışdırılır və 0,5 - 0,7 sm qalınlığında 15x8 sm ölçüdə formalanır. Üzərinə qovrulmuş düyü unu səpilir.