Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 7 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Heyran Xanım'ın Səirleri
Heyran Xanım'ın Səirleri
947
Son güncelleme: 12.12.2009 02:45
Leyl-i Lal
Boyun sərvi-səhi, zülfün müənbər,
Cəmalın Yusifi-Kənanə bənzər.
Qaşın aşiqlərin qəsdinə guya,
Xəm olmuş tiqi-sərəfşanə bənzər,
Açanda gözlərin alır bu canı,
Yatanda fitneyi-dövranə bənzər.
Baxanda naz ilə tiri-nikahın
Könüldə xəncəri-bürranə bənzər.
Dilin bülbül, saçın sünbül, üzün gül,
Kəc olmuş kirpiyin peykanə bənzər-
Məhi-rüxsarın, ey huri-behişti,
Gül üzrə dəsteyi-reyhanə bənzər.
Burub badi-səba zülfün dağıtmış,
Gül üzrə dəstyi-reyhanə bənzər.
Ləbi-ləli-şəfabəxşin, əzizim,
Be-eynih çeşmeyi-heyvanə bənzər.
Xalın hindusifət künci-ləbində,
Oturmuş təxt əra sultanə bənzər.
Sənin kuyində aşiqlər fəğani
Çəməndə bu bülbüli-xoşxanə bənzər.
Şərarəi-şurəngizindən, ey məh,
Sərim də atəşi suzanə bənzər.
Gözüm yaşı fəraqindən üzümdə
Sərasər lölöi-qəltanə bənzər.
Əgərçi aşiqin çoxdur və lakin,
İnanma, heç biri heyranə bənzər
#12.12.2009 02:44
0
0
0
Leyl-i Lal
Olubdu qəm yatağı, şad gördüyün könlüm
Dağıldı qüssədən, abad gördüyün könlüm.
Diyari-qəmdə giriftarü dəstgir oldu,
Kəməndi-firqətə, azad gördüyün könlüm.
Fəraq dərdinə axtardı, tapmadı çarə,
Cəmii hikmətə ustad gördüyün könlüm.
Səriri-vəsldə Xosrovsifət oturmuşdu,
Olubdu kuhdə Fərhad, gördüyün könlüm.
Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,
Vüsal seydinə səyyad gördüyün könlüm.
hücumi-möhnətü qəmdən, süpehri-əlayə
Yetirdi naləvü fəryad, gördüyün könlüm.
Çəkib şərarələr, etdi vücudimi, Heyran,
Misali-kureyi-həddad gördüyün könlüm.
#12.12.2009 02:45
0
0
0
Heyran Xanım'ın Səirleri Konusuna Benzer Konular
2.5 Milyar İnsan Ağladı
06.08.2009
Teorem İngilizce Kursu
04.04.2010
Nazmi Topçuoğlu İlköğretim Okulu İncirliova Aydın
03.02.2011
İnsan Yaşayarak Öğrenir Kibrit Gibi Kırılmayı
09.04.2011
Başarılı Ders Çalışmanın İncelikleri
17.04.2012
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı