Mirze Elekber Sabir Şiirleri

Son güncelleme: 14.12.2009 00:44
  • Fəhlə özünü sən də bir insanmi sanirsan?!

    Fehle, özünü sen de bir insanmı sanırsan?
    Pulsuz kişi, insanlığı asanmı sanırsan?

    İnsan olanın cahü celali gerek olsun,
    İnsan olanın dövleti, mali gerek olsun,
    Himmet demirem, evleri ali gerek olsun;
    Alçaq, ufacıq daxmanı samanmı sanırsan?
    Axmaq kişi, insanlığı asanmı sanırsan?

    Her meclisi-alide soxulma tez araye,
    Sen dur ayaq üste, deme bir söz ümeraye,
    Caiz deyil insanca danışmaq füqeraye,
    Dövletlilerle kendini yeksanmı sanırsan?
    Axmaq kişi, insanlığı asanmı sanırsan?

    Feqr ile qina ehline kim verdi müsavat?
    Menada de, suretde de var bunda münafat,
    Öz fezlni pulsuz edemez kimseye isbat,
    Bu mümtenei qabili-imkanmı sanırsan?
    Axmaq kişi, insanlığı asanmı sanırsan?

    Mirze Elekber Sabir
#14.12.2009 00:42 0 0 0
  • ADƏMİ ADƏM EYLƏYƏN PARADIR

    Adəmi adəm eyləyən paradır,
    Parasız adəmin üzü qaradır,

    Qoy nə əslin, nəcabətin olsun,
    Nə nəcibanə halətin olsun,

    Baş-ayaq eyb içində olsan da -
    Tək bu aləmdə dövlətin olsun;

    Adəmi adəm eyləyən paradır,
    Parasız adəmin üzü qaradır.

    Olmasın fəhmin, əqlin, idrakın,
    Var nə qəm, ta ki, vardır əmlakın;

    Atəşi-xanə suzi-millət ikən --
    Hər kəsin səcdəgahıdır xakın;

    Adəmi adəm eyləyən paradır,
    Parasız adəmin üzü qaradır.

    Olmayır, olmasın da insafın,
    Dut qanın şişə içrə əsnafın,

    Та ki, var əldə beş puçuq quruşun --
    Mötəbərsən gözündə əşrafın;

    Adəmi adəm eyləyən paradır
#14.12.2009 00:42 0 0 0
  • Millət necə tarac olur olsun, nə işim var?!

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!
    Qoy mən tox olum, özgələr ilə nədi karim,
    Dünyəvü cahan ac olur olsun, nə işim var?!

    Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
    Yatmışları razı deyiləm kimsə oyatsın,
    Tək- tək ayılan varsa da, həq dadıma çatsın,
    Mən salim olum, cümlə cahan batsa da batsın;

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Salma yadıma söhbəti- tarixi - cəhani,
    Əyyami- sələfdən demə söz bir də, filani,
    Hal isə gətir meyl eləyim dolmanı, nani,
    Müstəqbəli görmək nə gərək , ömrdü fani;

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Övladi- vıtın qoy hələ avarə dolansın,
    Çirkabi- səfalətlə əli, başı bulansın,
    Dul övrət isə sailə olsun, oda yansın,
    Ancaq mənim avazeyi- şənim ucalansın;

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Hər millət edir səfheyi - dünyadə tərəqqi,
    Eylər hərə bir mənzili- məvadə tərəqqi,
    Yorğan - döşəyimdə düşə gər yadə tərəqqi,
    Biz də edərok aləmi- röyadə tərəqqi;

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!
#14.12.2009 00:43 0 0 0
  • Daş qəlbli insanları neylərdin, ilahi?!

    Daş qəlbli insanları neylərdin, ilahi?!
    Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

    Artdıqca həyasızlıq olur el mütəhəmmil,
    Hər zülmə dözən canları neylərdin, ilahi?!

    Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
    Bilməm belə dövranları neylərdin, ilahi?!

    Məzlumların goz yaşı dərya olacaqmış, -
    Dəryaları, ümmanları neylərdin, ilahi?!

    Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -
    Ahuləri, ceyranları neylərdin, ilahi?!

    Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -
    Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

    Iş rəncbərin, guz öküzün, yer özününkü, -
    Bəyzadələri, xanları neylərdin, ilahi?!

    Hökm eyləyəcəkmiş butun aləmdə cəhalət, -
    Dildadeyi-irfanları neylərdin, ilahi?!

    Surtuqlu müsəlmanları təkfirə qoyan bu
    Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

    Yaxud buların bunca nüfuzu olacaqmış, -
    Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

    Qeyrətli danosbazlarımiz iş bacarırkən, -
    Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

    Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, -
    Evlərdəki nisvanları neylərdin, ilahi?!

    Tacirlərimiz Sonyalara bənd olacaqmış, -
    Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

    Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
    Baxdıqca bu hikmətləre heyran oluram həp!..
#14.12.2009 00:44 0 0 0