Xatirələrini paylaşanlar ulu öndərin musiqi sahəsinə diqqət və qayğısını xüsusi vurğulayıblar
Bəstəkarlar İttifaqında ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
Xatirələrini paylaşanlar ulu öndərin musiqi sahəsinə diqqət və qayğısını xüsusi vurğulayıblar
İttifaqın sədri Firəngiz Əlizadə Heydər Əliyevin musiqiyə, bütölükdə incəsənətə, mədəniyyət aləminə yaxından qayğısından danışıb. Qeyd olunub ki, ulu öndərin diqqəti nəticəsində Azərbaycanın dahi bəstəkarları beynəlxalq aləmdə tanınıb, vətənimizin füsünkar gözəllikləri müsiqi sədaları altında dünya ictimayyətinə təqdim olunub.Sonda tanınmış bəstəkarların Heydər Əliyev xatirəsinə həsr etdikləri mahnılar dinlənilib.
Ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycan Dövlət Pedoqoji Universitetində də anılıb. Səbael Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbael rayon təşkilatı və universitetin birgə təşkil etdiyi tədbirdə ulu öndərin ömür yoluna nəzər salınıb.Bildirilib ki, Heydər Əliyev ölkədə siyasi və iqtisadi vəziyyətin gərgin olduğu, hakimiyyət böhranının dərinləşdiyi bir vaxtda yenidən hakimiyyətə qayıtdı. Məhz, Heydər Əliyev ölkədəki tənəzzülü aradan qaldırmaq üçün müdrik addımlar ataraq müasir Azərbaycan dövlətinin qurucusuna çevrildi.