18 il əvvəl həbsxanadan qaçan şəxs Qusarda oğurluq edib

Son güncelleme: 15.12.2009 21:28
  • 43 yaşlı Arzu Kərimov qaçmaq istəsə də, polis buna imkan verməyib.

    noimage

    Dünən axşam saat 20:00 radələrində Qusar şəhərinin Məlikov küçəsi, 41 ünvanında yerləşən ikimərtəbəli evdə oğurluq baş verib. Qusar rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Məhəmməd İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə baş verən zaman ev sahibəsi və üç uşaq birinci mərtəbədə olub. Belə ki, naməlum şəxs evin 2-ci mərtəbəsindən 250 manat nağd pul, ümumi dəyəri 750 manat olan 1 ədəd qol saatı, 1 ədəd qızıl boyunbağı, 5 qadın və kişi üzüyü, 3 ədəd qızıl sırğa, 1 ədəd qzıl kulon oğurlayıb.

    Qarətçi evdən çıxarkən ev sahibəsi səs-küy salaraq ona müqavimət göstərib. Oğru isə öz növbəsində qadının üzərinə bıçaq çəkib. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.

    Qarətçi evdən çıxaraq Qusar çayı istiqamətində qaçıb. Bu zaman ərazidə olan Qusar Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşları Yaşar Əlişov və Güləli Mustafayev onu tutmağa cəhd göstərib. Oğru ilə əlbəyaxa zamanı polis əməkdaşlarından birinin bıçaq xəsarəti aldığı bildirilir. Çünki saxlanılan şəxsin əıindəki bıçaq əyilmiş vəziyyətdə olub. Lakin onu yaxalamaq mümkün olub.

    Qeyd edək ki, insident baş verən zaman ev sahibi, 1966-cı il təvəllüdlü Radik Cabbar oğlu Mənsimov evdə olmayıb.

    Məlum olub ki, saxlanılan şəxs 1991-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci maddəsinin 2-ci hissəsi (quldurluq) ilə 13 il müddətinə həbs edilib. O, 18 il əvvəl Binə həbsxanasından yeraltı tunel vasitəsilə qaçan məhbuslardan biridir. Belə ki, o, Qusar rayonunun Avaran kənd sakini 1966-ci il təvəllüdlü Arzu Mirzə oğlu Kazımovdur.

    Saxlanılan şəxs ANS PRESS-ə açıqlamasında hadisəni maddi imkansızlıq ucbatından törətdiyini bildirib. O, həbsdən bir ildir ki, qayıdıbmış. Baxış zamanı onun üzərindən oğurlanan zinət əşyaları və 250 manat nağd pul aşkar edilib.

    Qaynaq:anspress.com
#15.12.2009 21:28 0 0 0