Stepan Dəmirçyan: "2010-cu ildə bu ölkələrin Ermənistana qarşı təzyiqləri güclənəcək".
"Rəsmi İrəvan Dağlıq Qarabağ məsələsində güzəştə getməsə, Türkiyə Ermənistanla imzalanmış protokolları ratifikasiya etməyəcək". Bunu Ermənistandakı Xalq partiyasının sədri Stepan Dəmirçyan deyib. Onun sözlərinə görə, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistanla münasibətlərin normallaşdırılması proseslərini bərakbər tutur: "Bundan başqa, fövqəldövlətlər Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır. Ona görə də hesab edirəm ki, 2010-cu ildə bu ölkələrin Ermənistana qarşı təzyiqləri güclənəcək".
Stepan Dəmirçyan hesab edir ki, bu təzyiqlərə davam gətirməyin yeganə yolu Ermənistan cəmiyyətinin səfərbər olmasıdır. Partiya lideri bildirib ki, Ermənistan hakimiyyəti artıq başlanmış prosesi dayandıra bilməz.