3 ay əvvəl evlənmiş gənc özünü asdı

Son güncelleme: 17.12.2009 09:23
  • Kürdəmir sakini, 21 yaşlı Namiq Kərimov tövlədə intihar edib

    Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Kürdəmir rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, dekabrın 16-da saat 16:00 radələrində rayonun Sorsor kənd sakini, 21 yaşlı Namiq Kərimov özünü yaşadığı evin həyətindəki tövlədə kəndirlə asaraq intihar edib.

    Qeyd edək ki, heç bir yerdə işləməyən N.Kərimov üç ay əvvəl ailə qurubmuş.
    Hazırda Namiqin özünə qəsd etməsinin səbəbləri araşdırılır. Artıq ailə üzvləri və yaxınlarının ifadəsi alınıb.

    Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    Qaynaq:LENT.AZ
#17.12.2009 09:23 0 0 0