Bu gün hicri-qəməri təqvimilə 1431-ci il Məhərrəm ayının 1-dir.
bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Məhərrəm ayında İmam Hüseyn (ə) əzadarlıq mərasimi keçiriləcək.
Adəti üzrə növbəti iki ay müddətində şiə müsəlmanlarının çoxluq təşkil etdiyi ölkələrində əsasən toy, şadlıq və bu kimi əyləncə mərasimləri keçirilmir.
Bu ayın 10-cu - Aşura günündə İmam Hüseyn (ə), əhlibeyti və yaxın dostları Yəzid ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib. Bu, dünya tarixinə qeyri-bərabər güclərin döyüşü kimi düşüb (72 nəfərə qarşı 3 minlik qoşun).
Bu il Məhərrəm ayının 10-cu günü Miladi təqvimilə 2009-cu il dekabrın 27-nə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəmlik ayı ilə bağlı verdiyi fətvada deyilir ki, müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, zəncir vurmaq, qan çıxarmaq kimi hərəkətlərə yol verilməməlidir. Bədənə xəsarət yetirib, qan çıxarmaqdansa, tibbi məqsədlərlə belə aksiyada iştirak daha münasibdir.