Həyat nədir

Son güncelleme: 18.12.2009 16:36
  • Sorursan ki, həyat nədir?
    Həyat haqqın çırağıdır.
    Gördüyümüz bütün varlıq,
    Bu həyatın qonağıdır.
    Həyat sanki bir döyüşdür
    Kimi udur kim uduzur.
    Kimi yarı yolda qalır,
    Kimi sonunadək dözür.
    Həyat yelkənsiz gəmidir,
    Dalğaların qucağında
    Səssiz-səssiz, aram-aram,
    Üzür sahil sorağında.
    Həyat nədir, bilirsənmi?
    Həsrətindən üzülməkdir.
    Səninçün göz yaşı tökmək,
    Sənsiz dözməyib,ölməkdir.
    Həyat bir səni axtarmaq,
    Sənsiz səni yaşatmaqdır.
    Sənin arxanca sürünmək,
    Sonunda sənə çatmaqdır!
    Həyat səni sevindirmək,
    Gah da səni incitməkdir.
    Gözlərini ağlar qoyub,
    Heç istəmədən getməkdir.
    Həyat sənə nəzər salmaq,
    Hər baxışda vurulmaqdır.
    Itirməyin qorxusundan,
    Sənə bərk-bərk sarılmaqdır.
    Həyat əfsanədir, demə,
    Bu söz şeytanın sözüdür.
    Həyat ilahi bir nemət,
    Həyat Allahın özüdür.

    İlqar Kamil
#18.12.2009 16:36 0 0 0