Kino Aktrisasi-Həmidə Ömərova

Son güncelleme: 21.12.2009 12:57
  • Ömərova Həmidə Məmməd qızı 10 may 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır.
    1979-1993-ci illərdə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, «Azərbaycan kinosunda feminizm», «ABŞ kinosu: 1895-1945-ci illər», «Amerika kino tarixi» kitablarını qələmə almışdır. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kinoşünaslıq» kafedrasına rəhbərlik edir.
    1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında «Retro» kinozalının aparıcısı, 2002-ci ildən «Kinoştrix» verilişinin ssenari müəllifidir.
    Yaratdığı obrazlar: Şəfiqə (Qızıl uçurum), Çinarə (Anlamaq istəyirəm), Zümrüd (Yol əhvalatı), gəlin (Vah), Zeynəb (Babamızın babasının babası), Telli (Qorxma mən səninləyəm), Məleykə (Uzun ömrün akkordları), Afaq (Nizami), Şəfiqə (Musiqi müəllimi), Tamara (Burulğan), Nazlı (Şirbalanın məhəbbəti), Nuriyə (Divlər zindanı, İran k/s), Nurzad (Əzablı yollarla), Zivər (Doğma sahillər), xan qızı (Dədə Qorqud oğuznamələri), Elmira (Dronqo) və s.

    1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə Xalq artisti Fəxri adlarına layiq görülmüşdür.



    1. "Qızıl uçurum" - Şəfiqə (1980)
    2. "Anlamaq istəyirəm" - Çinarə (1980)
    3. "Yol əhvalatı" - Zümrüd (1981)
    4. "Vah!" - Gəlin (1981)
    5. "Üzeyir Hacıbəyov" - Məleykə xanım (1982)
    6. "Qorxma mən səninləyəm" - Telli (1982)
    7. "Nəğmə müəllimi" - Şəfiqə (1982)
    8. "Nizami" - Afaq-Pəri (1982)
    9. "Gümüşü furqon" - Mədinə (1984)
    10. "Əzablı yollar" - Nurizad (1985)
    11. "Bayramda yağış" - Pərvin (1985)
    12. "Mən onun xoşuna gəlirəm" - Məhəbbət (1985)
    13. "Şəhərkənarı gəzinti" - Tamara (1986)
    14. "Cərrahiyyə əməliyyatı" - Dilşad (1988)
    15. "İki sahil" - Zinyət (1982)
    16. "Qorxulu oyunlar" - Mərhəmət (1992)
    17. "Şirbalanın məhəbbəti" - Nazlı (1991)
    18. "Müqəddəs oda yanaram" - Məleykə (1990)
    19. "Babamızın babasının babası" - Zeynəb (1982)
    20. "Qəzəlxan" - Ə.Vahidin arvadı
    21. "Dədə Qorqud" - Xan qizi (2000, Telefilm)
    22. "Zendane Div" - Nuriyə (İran, 1993)
    23. "Otel otağı" - Ana (1998)
    24. "Dronqo" - Elmira. Moskva, "NTV+" (2001)
#21.12.2009 12:57 0 0 0