Qadınlar hƏr gün 515 kimyƏvi maddƏnin tƏsirinƏ mƏruz qalır

Son güncelleme: 21.12.2009 18:59
  • Qadınlar hƏr gün 515 kimyƏvi maddƏnin tƏsirinƏ mƏruz qalırBir dezodorant firmasının apardığı araşdırmaya görə, qadınlar ənlikdən dezodaranta qədər gundə 515 kimyəvi maddənin təsirinə məruz qalır

    Mövzu kasmetik vasitələr olduqda bir çox qadının diqqətini cəlb edir. Amma yeni aparılan araşdırma bu vasitələrin tərkibindəki kimyəvi maddələrin insan sağlamlığını təhlükə altında qoyduğunu və bir çox fəsadlara yol açdığını bildirib.

    Dezodorant firması Bionsenin apardığı araşdırma, təqribən bir qadının orqanizminin gündəlik makyaj və kosmetik vasitələrlə 515 müxtəlif sintetik kimyəvi maddənin təsirinə məruz qaldığını müəyyən edib.

    Allergiya, hormon pozulması, həssaslıq kimi bir çox problemə yol açan bu kimyəvi maddələrin bəziləri, ev təmizləmək üçün istifadə olunan vasitələrin tərkibində də istifadə olunur.

    Məsələn kosmetika dünyasında saç geli, sampun və bədən losyonu kimi bir çox məhsulda istifadə edilən paraben maddəsinin son vaxtlar süd vəzisi xərçənginə səbəb olduğuna dair iddialar gündəmi məşğul edib.Qadınlar hƏr gün 515 kimyƏvi maddƏnin tƏsirinƏ mƏruz qalır
#21.12.2009 18:59 0 0 0