Qadınlar haqqında 7 həqiqət

Son güncelleme: 06.10.2009 09:10
  • Kişilərin fikrinə görə qadınlar lazımsız alış-veriş və dedi-qodu edən, qısqanc və qürurlu məxluqdurlar. Bunlara açıqlama gətirə bilərik! Çünki hər bir cəhətin səbəbi var

    noimage

    1- Tənbəllik
    2- Maraq
    3- Acgözlük
    4- Qürur
    5- Dedi-qodu
    6- Gərəksiz alış-veriş
    7- Qısqanclıq


    yatan tənbəl qadın
    1- Tənbəllik
    Tənbəlliyimizin səbəbi

    noimage

    Gün ərzində bitib tükənməyən yaşadığımız stres və gərginliklər.Bunlar bir müddət sonra bizim hər şeydən daim giley etməmizə səbəb olur. Bədənimizin gün ərzində olan dinamikliyindən axşama əsər əlamət qalmır və müəyyən nöqtədə tam halsızlıq yaranır. Sual yaranır, hansı birimiz gərgin iş günündən sonra gümrahlığımızı bərpa etmək üçün axşam bir fiziki çalışma yerinə yetiririk? Axşamımızı faydalı məşğuliyyətlə keçirmək əvəzinə nə edirik? Televizorun pultunu əlimizə alıb saatlarla o serial sənin, bu film, maqazin proqramlar mənim deyib tənbəlcəsinə axşamımızı (vaxtımızı) öldürürük.


    Tənbəlliyimizlə mübarizə

    Öz oşlərinizi başqalarına etdirməyin. Çox yorğun ola bilərsiniz, öz geyiminizi ütüləməyə belə halınız (həvəsiniz) olmadığı halda ananıza "paltarımı ütüləyərsənmi" deməyin. Öz işlərinizi özünüz görün ki sevmədiyiniz işi başqalarına etdirmək alışqanlığınız yaranmasın. Unutmayın ki ananızın və ya sizin üçün bu işi görən insanında səbri var. Bir gün onu da "bəsdir daha" deyəcəyi nöqtəyə çatdıra bilərsiniz. Yerində, zamanında görüləcək işləri heç vaxt ertələməyin, ertələdikcə o işi görmək istəyiniz daha da azalacaqdır.




    maraqlanan qadın
    2- Maraq
    Hər şeyi bilmək həvəsimizin yaranma səbəbi

    noimage

    Sevdiyimizə, dostlarımıza verdiyimiz sualların ardı heç vaxt bitmir. Hər zaman onlarla bağlı hər şeyi bilmək və barəmizdə nələr düşündüklərini bilmək istəyirik. Hansımız sevdiyimiz insanın və ya yaxın dostumuzun gündəliyinə, yaxud elektron poçt qutusuna gizli daxil olub mail'lərini oxumamışıq? Bunları etməsəydik bizə doğum günü münasibəti ilə hazırlanan sürprizləri və ya yaxın dostumuzun haqqımızda olan gerçək düşüncəsini necə öyrənə bilərdik?


    Hər şeyi bilmək həvəsimizin yaranması ilə mübarizə

    Onunla danışarkən ona olan marağınızı hiss etdirməyin. Təbii və hiyləgər davranın. Yaxın dostunuz ya da sevdiyiniz şəxsə sizə yetərincə məlumat verə biləcək, cəsarətləndirici və çaşqın suallar verin. Marağınızı gizlətməyi öyrəndikdən sonra qarşınızdakı sizə bilmək istədiyinizi özü söyləyəcək. Yetər ki siz onun söylədiklərini maraqla dinləyin. Ona önəm verdiyinizi hiss etdirin.




    acgöz qadın
    3- Acgözlük
    Acgözlüyümüzün səbəbi

    noimage

    Hər zaman daha çox və daha ləziz yeməklər istəyirik. Xüsusilə də söhbət şirniyyatdan gedirsə "yox" deyə bilmirik. Qarşımızda bütün cazibəsi ilə duran və bizə sanki "məni yesən daha enerji dolu və cazibəli olacaqsan" deyən bir dilim şokoladlı tortdan imtina etməyimiz mümkündürmü? İstdədiyimiz qədər tox olaq deyə düşünürük bəzən.


    Acgözlüyümüzlə mübarizə

    Gecənin yarısında yediyiniz bir parça şokoladın sizi kökəldəcəyini düşünərək ürəyinizi sıxmayın. Çəkinizin artmasına səbəb olan yeməkləri, şirniyyatları özünüzə mükafat kimi təyin edin. Məsələn, "kitabımı oxuyub bitirəndən sonra, və ya layihəmi təhvil verdikdən sonra özümü mükafatlandıracam deyə düşünün, bir dilim moruqlu tort yeyəcəm deyin. Bununla həm özünüzə stimul yaratmış olarsınız həm də moruqlu tortu yedikdə peşman olmazsınız, çünki onu qazandınız.




    Qürurlu qadın
    4- Qürur
    Qürurlu olmanın səbəbi

    noimage

    Təbii ki hər birimiz dəyərli və nəticə etibarilə qürurluyuq! Və təbii ki həddi aşmadan bir parça qürurumuzu təmin etmək üçün hər zaman idealıq! Unutmayın, özünüzə qarşı olan sevginiz nə qədər çox olsa xarici aləmə də eyni ölçüdə təqdim edilir. Başqalarını sevməzdən öncə özünüzü sevməlisiniz ki, başqaları da sizi sevsin


    Qürurumuzla mübarizə

    Bir parça qürur hər kəs üçün idealdır. Lakin qürurun mübaliğə edildiyi halda sıxıntılar baş qaldırır. Ətrafınızdakı insanları sizdən soyudacaq və ya uzaqlaşmasına səbəb olacaq həddən ziyadə qürurlu davranışdan çəkinin. Özünüzü heç də dünyanın mərkəzi sanmayın. Öz qürurunuzu oxşayaraq ətrafdakılarla axmaq davranmaq əvəzinə dostlarınızın qürurunu oxşayın. Məsələn, dostunuza (rəfiqənizə) yeni qiyafətdə çox gözəl göründüyünü söyləməkdən çəkinməyin. Gələn səfər isə yoldaşınız sizin qürurunuzu oxşayacaq




    Dedi qoducu qadın
    5- Dedi-qodu
    Dedi-qodu etməyimizin səbəbi

    noimage

    Dedi-qodu etmək özümüzü çox yaxşı hiss etməmizə səbəb olur. Hər zaman müzakirə ediləcək bir mövzunun olmasını təmin edir. Başqasını çəkişdirmək bizi xöşbəxt edir. Hətta "mən dedi-qodu etməyi sevmirəm" deyən, əslində isə dedi-qodu edib və bundan böyük həzz alan insanlara da rast gəlirik.


    Dedi-qodu edərkən nəyə diqqət yetirməliyik

    Dedi-qodunu kiminlə etdiyinizə diqqət etməlisiniz. Unutmayın ki yerin də qulağı var! Sizə tövsiyyəmiz əsla iki yaxın insanın arasında birinə digəri haqda dedi-qodu etməyin. Bir gün onların hər ikisi düşməninizə çevrilə bilər.


    Alış-veriş edən qadın
    6- Gərəksiz alış-veriş
    Gərəksiz alış-veriş etməyimizin səbəbi

    noimage

    Ürəyiniz darıxdığı, əhval ruhiyyənizin olmadığı zaman nə edərsiniz? Ümumiyyətlə alış verişə üstünlük verərdiniz deyilmi? "Birini alana ikincisi pulsuz" adlı aksiyalarda hansımız heç geyinməyəcəyimiz ayaqqabı almadıq? Yaxud "50% endirim" kompanoyalarına aldanaraq 50%ni qənaət etdiyimizi düşünərək nələr almamışıq? Yeni qiyafətin alınması biz xanımları daha da xoşbəxt etdiyi müzakirəsiz gerçəkdir. Hətta müalicəyə getməyimizə belə ehtiyac olmur. Fikirlərin dağılması üçün, depressiyadan yaxa qurtarmaq üçün alış veriş etməyiniz yetərlidir.


    Gərəksiz alış veriş etməmək üçün

    Alış veriş etmək üçün çıxarkən sadəcə endirim kompaniyasında olan malları almayın. Sizə lazım olub olmadığını, işinize yarayıb yaramadığını düşünüb sonra qərar verin. Düşünün "50% endirim" var deyə heç bir dəfə belə geyinməyəcəyiniz köynəyi almağa gərək varmı? Bizcə yox!


    Qısqanç qadın
    7- Qısqanclıq
    Qısqanclığımızın səbəbi

    noimage

    Qısqanclıq hissi hər bir insanın təbiətində var. Az və ya çoxMəsələn, sevgiliniz həm yaraşıqlı, həm seksual həm də əyləncəli olduğu halda onu qısqanmamaq mümkündürmü? Təbii ki xeyr! Onu boğmayacaq şəkildə yüngül qısqanclığa bəlilakin onun sizə nifrət etməsinə səbəb olacaq davranışlara da xeyr!


    Qısqanclığımızla mübarizə

    İlk öncə qısqanc olduğunuzu qəbul edin. Bu duyğularla yaşayarkən, qisqanclığınızı rədd etmənizlə heç bir şey əldə etməyəcəksiniz. Hər zaman stres və daxildən ağrılar keçirmək əvəzinə sevgilinizlə açıq və səmimi danışmağınızın daha faydalı olmasını düşünürük.
#06.10.2009 09:10 0 0 0