İslam dini haqqında bilinməsi gərəkənlər

Son güncelleme: 12.12.2013 00:46
  • islamın rüknləri - islam boyun əymək deməkdir - islam itaət etmək deməkdir Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir.

    Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.

    Allah Təala buyurmuşdur: "Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır." (Ali-İmran,19) "Bir din kimi sizin üçün İslamı bəyənib seçdim." (Əl-Maidə,3)

    "Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz". (Əz-Zümər,54)

    "Yalnız müsəlman olduğunuz halda ölün!" (Əl-Bəqərə,132 və Ali-İmran,102).

    "Necə ola bilər ki, onlarAllahın dinindən baqşa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar" (Ali-İmran,83)

    "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali –İmran,85)

    İslamın rüknləri
    Bunların sayı beşdir.
    1-Allahın varlığına, birliyinə, Həzrəti Məhəmməd (s.a.s) in Allahıq qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu : "Əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah" - deyə söyləməsi.
    2-Dinin dirəyi olan, olan gündə beş vaxt namazı qılması,
    3-Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verəməsi,
    4-Ramazan ayında oruc tutması,
    5-Bədəni sağlam və kifayət qədər pulu da varsa, ömründə bir dəfə həcc ibadətini etməlidir.

    alıntı
#12.12.2013 00:46 0 0 0