Müdrik kəlamlar

Son güncelleme: 23.12.2009 08:14
  • 1. Can vermək istəsən sərçəyə ver, qaranquş gəldi gedərdi.
    2. Zaman sağaltmır, öyrədir.
    3. Çalışma ki, kiminsə xahişini yerinə yetirəsən, çalış ki, əvvəlcə düşünüb sonra qərar verəsən
    4. Ağlın az olsun, amma özününkü olsun.
    5. Hər kəs Allahın ruzisi ilə razılaşarsa, Allah da onun əməli ilə razılaşar.
    6. Həyat çox gözəldir. Sadəcə o gözəlliyi duymaq, qorumaq və heç olmasa bir zərrə gözəllik yaratmaq lazımdır.

    7. İnsanların ən ağılsızı özünü hamıdan ağıllı hesab edən şəxsdir.
    8. Sevən insan xoşbəxtdir. Sevməyən insan isə ikiqat xoşbəxtdir.
    9. Sevgi həyat deyildir, həyata rəng verən anlayışdır.
    10. Pis insan yoxdur, pis əməllər vardır.

    11. Ölmək asandır, yaşamaq çətin.
    12. Əldə etdiklərimizə baxanda həyat gözəldir, nail ola bilmədiklərimizə baxanda isə çox çirkin görünür.
    13. Ölmək yaşamaqdır, sərsəm ömür isə həyata yamaqdır.
    14. Hamının dostu olan heç kəsin dostu deyil.
    15. Dost sözü hecaya ayrıla bilmədiyi kimi, əsl dostlar da ayrılmazdır.
    16. Hər bir adam öz dilinin arxasında gizlənmişdir.
    17. Ümidsizlik azadlıqdır, xahiş etmək isə qul olmaqdır.
    18. İnsanlar qızılgüllərin arxasınca qaçarkən, ayaqlarının altındakı nərgizlərə fikir verməzlər.
    19. Ən yaxşı təcrübə ibrət verən təcrübədir.
    20. Qüssələrin ən pisi fürsətləri əldən verməkdir.
#23.12.2009 08:14 0 0 0