1. Böyük insanların ömrü illərlə deyil, onların əməlləri ilə ölçülür.
(R.Şeridan)
2. Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır. (Konfutsi)
3. Malını itirsən, az itirərsən; namusunu itirsən, çox itirərsən; mərdliyini itirsən, hər şeyini itirərsən. (İ.V.Höte)
4. Çətinliklər həyatımızın bülöv daşıdır; biz onlara sürtünə-sürtünə itilənirik. (Jan de Qassion)
5. Yaxşı dost gözəl ətir satan kimidir: sənə ətir vurmasa da, yanında olduğun müddətdə gözəl ətrindən faydalanarsan.
Düşündürən sözlər...
6. Dünya dərzi dükanıdır, ölçüsünü verən gedir.
7. Gözü olan o adamdır ki, özünü görə bilsin. (V.M.Hüqo)
8. Bütün əsdalətsizliklər arasında ən dözülməsi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel)
9. Pislik görməkdən deyil, pislik etməkdən qorxmalıyıq. (C.Kolenso)
10. Böyük adam böyük olduğunu,lakin böyüklüyünün kiçiklik olduğunu bilir. (A.Morua)
Düşündürən sözlər...
11. Qarşılaşdığın çətinliklər nə qədər böyükdürsə, onların öhdəsindən gəlmək bir o qədər qürurvericidir. (Epiktet)
12. İnsanların çoxu öz qüsurlarını ört-basdır etmək üçün başqalarının qüsurlarını ortaya atır. (C.P.Morqan)
13. Gələcəyi satın ala biləcək yeganə şey bu gündür. (S.Conson)
14. Cavanlıq müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür.
15. Qar dənələri təbiətdəki ən incə şeylərdəndir, lakin birləşdikdə görün nələr edə bilirlər...
Düşündürən sözlər...
16. Batan günəş kimi qaranlıq deyil, doğan günəş kimi işıqlı ol!
(Çin atalar sözü)
17. Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. (F.Bekon)
18. Bir dəfə müdrikdən soruşdular: "Nə üçün ilanı müdriklik rəmzi sayırlar?".
Müdrik dedi: "Çünki ilan həqiqət kimi çalır və çox vaxt onun çalmasının nəticəsi ölüm olur". (Platon)
19. Azadlığı və həqiqəti sevməyən adam güclü ola bilər, amma heç vaxt böyük adam ola bilməz. (M.F.A.Volter)
20. Öz-özlüyündə həyatın elə bir mənası yoxdur; həyatın qiyməti sizin onu nələrə sərf etmənizdən asılıdır. (Mişel de Monten)
. Böyük işlər görmək üçün dahi olmaq,insanlardan yüksəkdə durmaq lazım deyil,onlarla bir yerdə olmaq lazımdır. (Ş.L.Monteskyö)
2. Yaşadığımız cəmiyyətdə hamı dahi kimi tanınmaq istəyir,ancaq əfsuslar ki,heç kəs faydalı adam olmaq istəmir. (U.Çörçill)
3. Başqalarının çətinlik çəkdiyi şeyləri etmək istedad,istedadlı insanların qeyri-mümkün saydığı şeyləri etmək isə dahilikdir. (A.F.Amiyel)
4. Sən cəmiyyətə uyuşmaq istəmədiyin halda,cəmiyyət nə üçün sənə uyuşmalıdır? (R.Şerman)
5. Mərd adam,adətən,şikayət etmədən əzab çəkir,zəif adadm isə,əksinə ,əzab çəkmədən şikayətlənir. (Ö.Xəyyam)
6. Cürət edə bilməməyimizin səbəbi işlərin çətinliyi deyil.Sadəcə cürət edə bilmədiyimiz üçün işlər çətindir.. (L.A.Seneka)
7. Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (J.J.Russo)
8. Bir şeyi etmək təkcə sənə çətin gəldiyi üçün bunun başqa birisi üçün də qeyri-mümkün olduğunu düşünmə. (M.Aurelios)
9. Özünüz haqda danışmağa çalışmayın,onsuzda siz çıxıb gedəndən sonra haqqınızda o ki var danışacaqlar. (U.Mizner)
10. Demədiyimi həmişə deməyə bilərəm,dediyimi isə dana bilmərəm.
(Ə.Cami)
11. Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun. (J.Renar)
12. Bir göyərçin qarğalarla yaxınlıq edərsə,tükləri deyil,ürəyi qaralar.
(Alman atalar sözü)
13. Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir. (H.Laski)
14. Biz dostun köməyindən çox,bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. (Sokrat)
15. Sən düşmənlərinin sayından deyil,vəhdətindən qorx. (R.T.Mərzban)
16. Düşmən an desə də,düşməndir yenə. (S.Vurğun)
17. Hər kəs eyni şeyi düşünürsə,demək,heç kəs heç nəyi düşünmür.
18. Düşünmək çətin işdir.Ehtimal ki,bu səbəbdən çox az insan düşünür.
(H.Ford)
19. Siz var olan şeyləri və belə deyirsiniz: "Nə üçün?"
Amma mən olmayan şeyləri xəyal edir və deyirəm: "Nə üçün olmasın?"
(B.Şou)
20. Fırıldaq və xəyanət namusla yaşamağa ağlı çatmayan axmaqların əməlləridir. (B.Franklin)