Gürcüstan azərbaycanlıları - Gürcüstan hüdudlarında tarixən yaşayan türk toplum. Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini Qarapapaqlar, Qıpçaqlar, Saklar, Gögərlər və digər türk tayfaları təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı , Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi, Rustavi və Aqara şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar.
Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur . XV-XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrıseçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür
Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yayşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı və Kaxeti regionlarında cəmləşiblər. Hazırda Tiflisin Meydan, Ortaçala, Vera, Vaşlıcuvar, Saburtalo, Sanzona və Varketili massivlərində kompakt şəkildə yerləşməkdədirlər.
Saçxere, Kazbek və Ambrolaur və Mestia və Aspindza rayonları istisna olunmaqla Gürcüstanın bütün rayon və respublika tabeli şəhərlərində azərbaycanlılar yaşayırlar. Onlar 3 rayonda - Marneuli (83%), Dmanisi (67%) və Bolnisi (66%) rayonlarında əhalinin mütləq əksəriyyətini, Qardabani (44%) və Saqareco (36%) rayonlarında isə əhəmiyyətli hissəsini təşkil edirlər.
Gürcüstan azərbaycanlıları Azərbaycan türkçəsinin qərb dialektində, Gəncə-Qazax bölgəsi üçün xarakterik olan şivədə danışırlar. Türkiyə ilə tarixi-coğrafi yaxınlıq əlaqələri Borçalı dialektinə Osmanlı türkcəsində işlədilən çoxsaylı sözlərin keçməsi ilə nəticələnmişdir.
Məşhur Gürcüstanlı azərbaycanlılar
Kutlu Arslan - 12 əsrin sonu 13 əsrin əvvələrində hərbi sərkərdə, dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk parlamentin banisi;
Nəriman Nərimanov - SSRİ və Azərbaycan dövlət xadimi, yazıçı-dramaturq və həkim;
Əlimərdan bəy Topçubaşov - Azərbaycan Demokratik Cümhuriyyətinin Parlament sədri (1918-1920)
Abdulla Şaiq - Azərbaycan yazıçısı, şair və pedaqoq
Rəşid Behbudov - Məşhur Azərbaycan müğənnisi
Əhməd bəy Pepinov - Azərbaycan Demokratik Cümhüriyyəti Parlamentinin katibi 1918-1920),Nazirlər Kabinetinin üzvü, nazir
Şeyx Məhəmmədəli Hüseyinoğlu - Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsinin Sədri (1930-1935), görkəmli din xadimi və ilahiyyatçı
Emin ağa Acalov - Cənub-Qərbi Qafqaz Türk Respublikası Milli Məclisinin Sədri (1919)
Ömər Faiq Nemanzadə - Cənub-Qərbi Qafqaz Türk Respublikasının Baş naziri (1918), yazıçı, publisist
Həsən Seyidov - Azərbaycn SSR Nazirlər Sovetinin Sədri (1981-1988),Azərbaycan SSR dövlət xadimi,
Həsən Həsənov - Azərbaycn SSR Nazirlər Sovetinin Sədri (1990-1991) Müstəqil Azərbaycanın ilk Baş naziri (1991-1992),Azərbaycan dövlət xadimi,
Zahid Xəlilov - Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti , akademik, riyaziyyatçı-alim
Hamlet İsaxanlı - Riyaziyyatçı alim, şair, humanitar elmlər üzrə tədqiqatçı, Xəzər Universitetinin təsisçisi və rektoru
İsrafil bəy Yadigarov - General-leytenant, Rusiya imperiyası hərbi xadimi
Həsən bəy Yadigarov - General-mayor, Rusiya imperiyası hərbi xadimi
Əsədulla bəy Yadigarov - General-mayor, Rusiya imperiyası hərbi xadimi
Davud bəy Yadigarov - General-mayor, Rusiya imperiyası hərbi xadimi
Mevralı bəy Darvazlı - General-mayor, Osmanlı imperiyası hərbi xadimi
Axund Yusif Talıbzadə - General-mayor, Azərbaycan SSR hərbi xadimi
Zakir Qaralov - General-polkovnik, hal-hazırda Azərbaycanın Baş Prokuroru,
Rəşid Yusifov - Şöhrətli pəhləvan
Möhsün Sənani - Azərbaycan artisti, teatr xadimi
İbrahim İsfahanlı - Azərbaycan artisti, teatr xadimi
Kamal Talıbzadə - Akademik, elm, mədəniyyət,ədəbiyyət və maarif xadimi
Əmrah Gülməmmədov - Görkəmli aşıq
Xındı Məmməd - Görkəmli aşıq
Fərid Mansurov - Azərbaycan güləşçisi, olimpiya çempionu
Dilarə Əliyeva - Azərbaycan alimi və qadın hüquq müdafiəçisi
Zəlimxan Yaqub - Azərbaycan xalq şairi, ictimai xadim
Aydın Əli-oğlu Əliyev - General-leytenant, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Sədri
Cavanşir Qəhrəman-oğlu Məmmədov - General-mayor, Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Hacırəhim Məmmədov - General-mayor, Azərbaycan Respublkası hərbi xadimi
Xaqani Emin - Borçalı Türklərinin Hüquqlarını Müdafiə Komitəsinin Sədri
Daşqın Gülməmmədov - Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının GAMA Qurucusu (2001) və Prezidenti (2002-dən), Gürcüstan və Azərbaycan ictimai-siyasi xadimi
Mehti Musayev (Gülməmmədli) - Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası GAMA Ali Məclisinin Sədri(2007-dən), Azərbaycan və Gürcüstanın ictimai-siyasi xadimi.