Amerikadan Gürcüstan və Azərbaycana dəstək

Son güncelleme: 08.01.2010 19:52
  • Con Makkeynin qonşu ölkəyə səfəri planlaşdırılır.

    noimage

    Amerikalı konqresmen Con Makkeyn fevralın 10-da Gürcüstana işgüzar səfər edəcək. Onun Batumidə keçirilməsi planlaşdırılan enerji sammitinə qatılacağı gözlənilir. Səfər zamanı Makkeynin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə ayrıca görüşü də planlaşdırılıb. Qeyd edək ki, yanvarın 14-də Batumidə beynəlxalq enerji sammiti öz işinə başlayacaq. Sammitdə Azərbaycan, Polşa və Ukrayna prezidentləri ilə yanaşı Latviya, Litva, Estoniya, Bolqarıstan, Rumıniya, Türkmənistan və Qazaxıstan rəsmilərinin iştirak edəcəyi bildirilir.

    Əslində Makkeynin Gürcüstana səfərinin arxasında başqa məqsədlər durur. Batumidəki sammitə Azərbaycan, Polşa və Ukrayna prezidentlərinin gələcəyini nəzərə alsaq, Makkeynin səfəri zamanı çox ciddi məsələlərin müzakirə ediləcəyini ehtimal etmək olar. Güman ki, prezidentliyə sabiq namizədin onlarla görüşü zamanı «Nabukko» layihəsi, Cənubi Qafqazdakı proseslər, habelə Gürcüstan, Azərbaycan və Ukraynanın Qərbə inteqrasiyası ilə bağlı mühüm müzakirələr aparılacaq.

    Şübhəsiz ki, Makkeynin Gürcüstana səfəri zamanı Rusiya ilə bağlı məsələlər də nəzərdə saxlanılacaq. Moskvanın Gürcüstanla bağlı sərt siyasətinin davam etməsi, bu ölkəyə qarşı təhlükə mənbəyi olaraq qalması və digər məsələlər amerikalı qonağın diqqət mərkəzində olacaq.

    Bölgədə dondurulmuş münaqişələrin də ayrıca müzakirə predmeti olacağı gözlənilir. Bu baxımdan Makkeynin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələni nəzərdə saxlayacağı istisna deyil. Bu səbəbdən Moskvada Makkeynin Gürcüstana səfərinə xüsusi yanaşılır. Təsadüfi deyil ki, Makkeynin Gürcüstanda olacağı vaxtda Rusiya xarici işlər naziri Ermənistan paytaxtında qonaq olacaq. Sergey Lavrovun yanvarın 12-də İrəvana səfər edəcəyi gözlənilir. Rusiyalı diplomatın səfər zamanı Ermənistan prezidenti Serj Sarkisyanla görüşü planlaşdırılır. Bu görüşdə bölgədə gedən proseslərə, habelə Qarabağ nizamlanmasına diqqət yetiriləcəyi gözlənilir.

    Qaynaq:anspress.com
#08.01.2010 19:52 0 0 0