Səhl ibn Sə'd (r) öz atasından nəql etmişdir ki, Allahın peyğəmbəri (s) Xeybər döyüşü günündə buyurdu : "Sabah bayrağı elə bir adama verəcəyəm ki, o , Allahı və onun rəsulunu sevir , Allah və onun rəsulu da onu sevirlər ." "Qələbə qazanmayınca geri dönməyəcək !" - söylədi və bayrağı da Əliyə (ə) verdi ."
Mənbə - Səhih ibn Mahəc , "Əshabın fəzilətləri " fəsli , 1-ci cild , səh 45 ; 121-ci hədis , Xəsaisi-nəsai , səh 4 ; İmam Əhməd ibn Hənbəl , "Musnəd" , 5-ci cild , səh 335 , Səhihi-Buxari , səh 60 ; Səhihi-Müslim , 5-ci cild , səh 189 ; Yənabiül-məvəddət , Əs-səvaiqdən nəqlən , səh 281
Əmmar ibn Jasər (r) demişdir : "Allahın peyğəmbəri (s) Əli ibn Əbi Talibə (ə) buyurdu : "Ey Əli, Allah səni elə bir ziynətlə bəzəmişdir ki, insanlara sənin ziynətindən daha xoş gələn bir ziynət bəxş etməmişdir : bu , dünyada zahidlikdir . Səni elə yaratmışdır ki, nə sən dünyadan bir şey, nə də dünya səndən bir şey əldə edə bilər : yəni nə sən dünyaya məftun olansan , nə də dünya səni özünə məftun edəndir və Allah sənə fəqirlərin məhəbbətini bəxş etmişdir : onlar sənin imamətinə şad və xoşhaldırlar və sən də onların sənin ardıcılların olmaqlarından razı qalmısan ."
Amir ibn Səd (r) deyir : Mübarək "Mübahilə" ayəsi nazil olan zaman Peyğəmbər (s) Əli , Fatimə , Həsən və Hüseyn (əleyhüssəlamı) çağırdı , sonra buyurdu :"İlahi , bunlar mənim ailəmdir ."
Mənbə - Səhihi-Müslim . "Kitabı-fəzailis-Səhabə , Babi fəzaili Əhlil-beytin-nəbiyyən , 7-ci cild , səh 130 ; Səhihi-Termizi , 2-ci cild ,səh 166; Əhməd ibn Hənbəl ,1-ci cild ,səh 185 ; Yənabüil-məvəddət , səh 281 ; Əs-səvaiqdən nəql olunmuşdur
Vəhəb ibn Səfi Bəsri (r) rəvayət etmişdir ki, Allahın peyğəmbəri (s) belə buyurmuşdur : "Mənim vəzifəm Quranın zahiri düşmənləri ilə vuruşmaqdan . Əli isə Quranın batini düşmənləri ilə vuruşacaqdır."
İmran ibn Hüseyn (r) deyir ki, Peyğəmbər (s) buyurmuşdur : "Əli məndən , mən də Əlidənəm (ə) və o məndən sonra hər bir mömin kişinin və mömin qadının vəlisidir."
Mənbə - Səhihe-Termizi , 2-ci cild , səh 297 ; Səhihe-ibn Macə , 1-ci cild , səh 57 ; Əhməd ibn Hənbəl . "Musnəd" , 4-cü cild ,səh 432 ; Xəsaisi-Nisai , səh 23 ; Kitabüt-tac , səh 335 .
Cabir ibn Əbdüllah Ənsari (r) nəql etmişdir ki, Peyğəmbər (s) belə buyurmuşdur :"Allah-təala yeri-göyü yaradandan iki min il əvvəl behiştin qapısına belə yazılmışdı :"Məhəmməd Allahın rəsulu , Əli də onun qardaşıdır."
Mənbə - İbn əl-Məğazili Şafei . "Mənaqib" , səh 91.