Bu kiçik yazıda hədislərin dinin tək qaynağı olan Quranla necə ziddiyət təşkil etməsini görəcəyik.Yəni edilən yanlışların nəticəsini görüb dinin tək qaynağı olan Qurana dönmənin önəmini qavrayacayıq.Quran ilə ziddiyət təşkil edən hədisləri göstərmək üçün meqalemizde verdiyimiz hedisleri ən məşhur hədis kitablarından seçməyi qərara aldıq.Daha zəif hədis kitablarını isə sizin öhdənizə buraxırıq.Quran ilə ziddiyət təşkil edən hədislərin mövcud olması bütün hədislərin dogrulugunu shubhe altina almamiz ve Qurana sarılıb dini yenidən doğru-dürüst qavramağımız üçün yetərlidir.Quranla ziddiyət təşkil edən minlərcə səhih hesab edilən hədis vardır.Biz bu yazıda 10 hədisi örnək verməyi yetərli hesab edirik.
Biz Quranın Allahın sözü olduğunu haradan bilirik? Kimsə Quranda belə ayələr var deyə bilər. Onda biri Allaha iftira olaraq başqa bir kitabı göstərərək bu da Allah qatındandır desə necə cavab verə bilərik? Ona görə də biz Quranın Allahın sözü olduğunu ancaq oxuyub,incəliyib,ayələrini düşünərək dəyərləndirib iddia edə bilərik. Eyni məntiqlə hədisləri də incələsək Allaha məxsus olan dinin qaynağı olub-olmadığını görə bilərik. Necə ki, Quranın dinin qaynağı olub-olmadığını bilmək üçün Quranın incələnməsi lazımdırsa, hədislərin də dinin qaynağı olub olmadığıni bilmek ancaq bu yolla mümkündür. Hansısa mötəbər (kimlərinsə "inkarı mümkünsüz" adlandırdığı mötəbər) mənbələrdən gəldiyinə görə yox.
Bu yazıda hədisçilərin rədd etdiyi,yalan adlandırdıqları hədislərdən örnək vermədik. Məsələn: "Allah mələkləri qollarının və sinəsinin tüklərindən yaratdı", "Allahın gözleri xəstələndi. Mələklər ziyarətə gəldi","Allahı yuxuda gördüm. Uzun saçlı gözəl bir gənc surətindəydi".
Lakin biz ən məşhur,ən səhih,ən güvənilən hədis kitablarındakı hədisləri görüncə,bu kitablarda doğru ilə yalanın ayırd edilməyəcək dərəcədə qarışdığını,hədis toplayarkən edilən doğru ilə yalanı ayırd etmə cəhdlərinin bir işə yaramayacağını anlayacayıq.Quran əkshiksiz,yetərli və bütün təfərrüatları özündə əks etdirən bir kitab olduğuna görə belə cəhdlərə əslində ehtiyac da yoxdur.
Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.
4.NİSA-82
Şübhəsiz ki, Zikri(Xatırladıcını) Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!"
15.HİCR-9
Nisa surəsindəki ayədə dinimizin qaynağının ziddiyətsiz olduğunu görürük.Allah Quranın ziddiyətsiz olduğunu bildirərək həm Quranın doğruluğunu,həm də dinin qaynağının sahib olduğu özəlliyi bizə öyrədir.Quranla,bir-birləri ilə,məntiqlə ziddiyət təşkil edən hədislərin mövcudluğu,onların Allah qatından olmadığının və dinin qaynağı hesab oluna bilinməyəcəyinin isbatıdır.Hicr surəsindəki ayədən isə Quranın qorunduğunu və beləcə dini qaynaq olaraq qorunmuş bir kitaba sahib olduğumuzu anlayırıq.Amma hədis-məzhəb kitablarının qorunduğuna Allah bizə təminat vermir.Aşağıda verəcəyimiz örnəklərdən sonra əkshiksiz,ziddiyətsiz və qorunan,dinimizin tək qaynağı olan Qurana və yalnız Qurana qayıtmağın vacibliyini daha gözəl anlayacayıq.
1.ALLAHIN BALDIRI OLURMU?
QURAN: Ona bənzər heç bir şey yoxdur.
42.ŞURA-11
HƏDİS: Allah axirətdə Peyğəmbərlərə kimliyini göstərmək üçün ayağını açıb baldırını göstərəcəkdir.
Müslim- İman302,Buxari 97/24,10/29, Hənbəl 3/1
Bu hədisin hansı kitablarda keçdiyinə diqqət edin.Hədis kitablarının sözdə ən doğrusu olaraq göstərilən,bir hədisini belə inkar edənin kafir olacağı söylənilən Müslim və Buxaridə.Hədisçilərin məntiqinə görə bu hədisi inkar edən kafir,inanan isə əsl müsəlman olacaqdır.Allaha heç bir şeyin bənzəmədiyini bildirən ayəyə zidd olaraq,özündə heç bir məcazi mənanı əks etdirmədən Allahın baldırı olduğunu və axirətdə baldırını göstərəcəyini söyləməyin boş bir şey olduğunu uzun-uzun anlatmağa ehtiyac varmı?
2.ALLAH ƏLLƏ GÖRÜŞÜRMÜ?
Quran: Onun heç bir tayı-bərabəri də yoxdur!
112.İXLAS-4
Hədis:Allah mənimlə əllə görüşdü. Əlini 2 ovcumun arasına qoydu.Barmaqlarının soyuqluğunu hiss elədim.
Hənbəl-5 /243
Yenə bu hədisdə də heç bir məcazi məna işlədilməyərək,Allahın barmaqları,barmaqlarında soyuqluq var kimi sözlərlə Allah şəkilləndirilir.Əgər hədisdəki əl ifadəsi məcazi mənada işlənsəydi qəbul edilə bilərdi.Məsələn"Hər şey Allahın əlindədir" dedikdə hər şeyin Allahın əmrində,kontrolunda olduğunu başa düşürük.Bu hədisde isə heç bir məcazi mənaya rast gəlmirik.İndi düşünün.Bu hədisləri din qəbul edən hədisçilər,məzhəbçilərmi əsl müsəlmandı,yoxsa bu hədislərdəki yanlışlıqları görüb Quranı din adına yetərli görən Quran müsəlmanlarımı?
3.DİNİNİ DƏYİŞDİRƏN ÖLDÜRÜLSÜNMÜ?
Quran: Dində məcburiyyət yoxdur.
2-BƏQƏRƏ-256
Hədis: Dinini dəyişdirəni öldürün.
Nəsai 7-8/14,Buhari 12/1883
Allahın hökmünü hədislə aşmağa,Allahın dinini öz ağıllarına görə uydurmağa çalışanların bu uydurmasına görə çox kəllələr kəsilmişdir.Radikal dini təşkilatların həyata keçirtdiyi qətllərə bu təşkilatlar bu kimi hədislərlə ad verməkdədirlər.
4.ÖLÜNÜN GÜNAHI NƏDİR?
Quran: Heç bir günahkar başqasının günahına yüklənməz!
53.NƏCM-38
Hədis: Ölü ailəsinin onun üçün ağlamasından dolayı əzaba uğradılır.
Buxari-K. Cemiz 32,33,34
Nə ağla, nə də Quranın məntiqinə uymayan bu hədis də uydurmaçılığın Quran və ağılla ziddiyətlərinə örnəkdir.
5- NƏDİR BU QADIN DÜŞMƏNÇİLİYİ?
Quran: İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram.Hamınız bir-birinizdənsiniz.
3.ALİ_İMRAN-195
Hədis: Qadınlar arasında ən yaxşı qadın,yüz qarğa arasında alaca bir qarğa kimidir.
Buxari 9/1391
Quran xeyir işlər görən kişinin də, qadının da önünü açıq tutmuşkən, hədislər qadının önünü bağlamaqdadır.Qadın mövzusu peyğəmbərə iftira olaraq uydurulan hədislərin ən çox olduğu mövzulardandır.
6.ZALİM KİMDİR?
Quran: Zalımlar dedilər: "Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz!
25.FURQAN-8
Hədiseyğəmbər Mədinədə bir yəhudi tərəfində ovsunlandı. Günlərcə nə etdiyini bilmədən ortalıqda gəzdi.
Buxari 76 /47 ,Hənbəl 6/57 ,4/367
Məhəmməd Abduh və Mötəzilənin bu hədisə etirazlarına baxmayaraq bir çox hədisçilər,o cümlədən Buxari,Müslim,İbn teymiyyə,İbn kesir kimi alimlər səhih hesab etmişlər.Qurana görə isə peyğəmbərin ovsunlandığını söyləyənlər zalımlardır.Ən güvənilir hədis alimlərinin çoxu isə peyğəmbərin ovsunlandığını təsdiq edirlər.İndi məntiqlə düşünün və zalımın kim olduğunu siz deyin görək.
7.MİRASDA VƏSİYYƏT VARMI?
Quran: Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldik
də isə özünüzdən olmayan iki nəfəri şahid tutun.
5.MAİDƏ-106
Hədis: Varis üçün vəsiyyət yoxdur.
Hənbəl 14/238
Quranda həm Maidə surəsindəki bu ayədə,həm də başqa bir neçə ayədə vəsiyyət haqda bildirilir.Vəsiyyətdən artıq qalanlar Quranda əmr olunan şəkildə paylanılır.Vəsiyyətin hökmünü aradan qaldıran bu hədis Quranın bir neçə ayəsinin hökmünü aradan qaldırmış olur.
8.ƏN BÖYÜK ƏZAB RƏSSAMLARAMI?
Quran: Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Onlara yardım edən de tapmazsan!
4-145
Hədis: Cəhənnəmdə ən ağır əzaba uğradılacaq insanlar rəssamlardır.
Buxari- təsavir 89
Qurana görə məhz munafiqlerin yeri Cehennemin ən ashagi tebeqesindedir. Quranin hec bir ayesinde ise ressamligin gunah olmasina dair delil yoxdur. Göründüyü kimi bu hədis Quranla açıq-aşkar ziddiyət təşkil edir.
9.QIZIL TAXMAQ, İPƏK GEYİNMƏK OLARMI?
Quran: De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyada iman gətirənlər üçündür,qiyamət günündə isə yalnız möminlərə məxsusdur"
7.ƏRAF-32
Hədis:Qızıl və ipək ümmətimin qadınlarına halal, kişilərinə isə haramdır.
Müslim 2/16
Qızıl və ipək həm qadın, həm də kişi üçün bəzək əşyasıdır. Quranda heç bir ayədə haram edilməmişdir. Müslim bu hədislə Quranda olmayan bir qadağa qoyur.
10.ZƏLZƏLƏLƏRİN SƏBƏBİ OLAN BALIĞIN CİNSİ NƏDİR?
Quran: Bundan sonra yeri yumurta biçimində düzəltdi.
79.NAZİAT-30.
Hədis: Dünya balığın üzərindədir. Balıq başını tərpədəndə dünyada zəlzələlər olur.
Ebu Hureyre deyir:
Sehabe Peygemberden (s.e.s) sorushur:
" Qiyamet gunu Allahi goreceyikmi?" Buyurur: "Aciq semada 14 gunluk Ayi nece gorursunuzse, qiyamet gunu Allahi ele goreceksiniz".
Bir halda ki, Qurani Kerimde Allahin gozle gorunmediyine ishare olunaraq buyrulur:
" (Gozler Onu (gorub) derk etmez. O ise gozleri gorub derk eder...)". ("Enam" suresi,103-cu aye).
Ebu Hureyre deyir:
" Qiyamet gunu Cehenneme deyerler: Doldunmu?". Cehennem deyer:
Yene de varmi?" Bundan sonra Allah ayagini Cehenneme salar ve deyr:" cehennem besdir, besdir!" Bir halda ki, Qurani-Kerimde Allahin benzeri olmadigina ishare olunaraq buyrulur:
"( Ona benzer hec bir shey yoxdur)".
(Shura" suresi, 11-ci aye).
Ebu Hureyre deyir:
Gecnin ucdebirinde Allah yere enerek buyurar:" Kimdir Meni cagiran ki, cagrishina cavab verim..." Bir halda ki, Qurani-Kerimde Allahin mekani olmadigina ishare olunaraq buyrulur:
(Sherq de, Qerb de Allahindir. Hansi terefe yonelseniz (uz tutsaniz), Allah oradadir).
("Beqere" suresi, 115-ci aye).
ALLAH RAZI OLSUN SIZIN BU HEDISLER COX KOMEK OLDU MENE
83. Həqiqətən İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun shielerinden idi
Dil acar biganeler ISLAMA min tehqirilen,
Cehd edenler mehvine yuz hiylevu-tedbirilen,
Sinesin SEDDPARE etmek ucun durublar tieilen,
Qetline amededirler tirilen,semsirilen,
Hemle eylerler bize her subhu-axsam YA ELI!!!
Qoyma yad ellerde qalsin dini ISLAM YA ELI!!!