"Qadin"- o hər şeyə qarışan və hökmranlıq edəndir?
Oxford Universitetinin professorları tərəfindən aparılan araşdırma nəticəsində maraqlı və təəccüblü nəticə əldə edilmişdir.
Son illərdə boşanma hallarının daha da artması, kişilərin vaxtından tez həyatdan köçməsi məhz qadınların deyingənliyi ilə bağılıdır. Onların hər şeyə qarışma istəyi, istənilən işdə hökmranlıq etmə istəkləri-kişilərin yorulmasına, bezməsinə və onlardan uzaqlaşmasına səbəb olur.
Qadınların həm karyera qurması, eyni zamanda evdə evdarlıq etməsi onların hər şeyə qarışmasına-səbəb olmasıdır söylənilir. Gününün əsas hissəsini işdə keçirən qadınlar evə gəldikləri zaman bir çox hallara narazılıq bildirməsi təbii qarşılanır. Bəs kişilər?
Daim kişilərə göstəriş verən , kişilərin səliqəsinə narazılıq bildirən, hər bir işlərinə qarışmağa cəhd edən qadınlar-sonda kişiləri özlərindən uzaqlaşdıra bilirlər. Bundan sıxılan, yorulan və bezən ailələrdə boşanma halları məhz bu səbəbdən baş verir.
Lakin daha səbrli, daha dözümlü kişilər bundan yorulsa belə daim içlərində saxlayırar.
Oxford Universitetinin professorları gəldikləri qənaətə əsasən bu hal kişilərin vaxtından tez ölməsinə səbəb olur. Onların ailələrini qorunma və uzunmüddətli olma istəyi sonda iflic ilə nəticələnir.
Bu halı inkar edən qadınlar yalnız lazımı vaxtda, lazımı yerdə məsələyə qarışdıqlarını bildirirlər.