Qadınlar daha çalışqandır

Son güncelleme:
  • noimage

    Qadınlar kişilərə nisbətən daha çox çalışır. Bunu araşdırmalar və son statistika belə göstərir. Belə ki qadınlar yalnız iş həyatı ilə qane olmurlar. Onlar eyni zamanda evdəki iş vəzifələrini də yerinə yetirməli olurlar. Evdarlıqla bağlı bütün məsələlər qadından asılı olduğu üçün son zamanlarda qadınlarla kişilərin bərabərhüqulu olması prinsipi daha da irəlilədiyi üçün-qadınların əksəriyyəti iş həyatına üstün verməkdədirlər. Onlar da işlə təmin olunaraq kişilər kimi: " Öz pulum öz işim"-deyiminə əsaslanırlar.
    Mütəxəssislər söyləyirlər ki: "Qadınlara əgər evdarlıqla bağlı vəzifələrin yetirilməsi üçün"-pul ödənilsə idi onlar daha çox pulla təmin olunmuş olardılar və bu zaman yeni bir işə ehtiyac duymazdılar. Onların işlə təmin olunma istəyi məhz kişilərlə eyni hüquqda eyni səviyyədə görünmələri üçündür. Lakin bu hər kişi tərəfindən normal qəbul olunurmu?
    Onlar qadınların evdarlıq vəzifələrini aşağıdakı kimi qiymətləndirmişlər:
    1. Qadın evdə uşaqlarına baxaraq eyni zamanda onların dərslərinə də nəzarət yetirmiş olur. Bu zaman artıq evin xanımı müəllimə vəzifəsində çıxış etmiş olur.
    2. Qadın uşaqlarını məktəbə yola salmış olur. Əgər məktəb evdən uzaq məsafədə yerləşirsə bu qadına ikiqat əziyyət olmuş olur. Bu zaman qadın sürücü vəzifəsində çıxış etmiş olur.
    3. Qadın bu vəzifələrlər yanaşı işlə təmin olunaraq iş məkanındaki ona tapşırılan bir sira vəzifələri yerinə yetirməli olur.
    Bunlarla bərabər qadının evdəki evdarlığı norma əsasında müəyyən olunmur. Hesablamalara əsasən qadın 1 həftə 91,6 saat çalışır. Ancaq bu zaman kişi yalnız 9 saatdıq iş rejimində 1 həftə ərzində 45 saat çalışmış olur.
    Lakin bu son deyildir. Belə ki, Amerikan milli bürosu 25 ölkənin 1000 ailəsindən soruşdurma etmişdir. Kim daha çox çalışır kişilər yoxsa qadınlar?
    Nəticə belə olmuşdur: qadınlar daha məhsuliyyətli, daha zəhmətsevər və daha çalışqandır. Bu kasıb ölkələrdə özünü daha çox büruzə vermiş olur: orda qadınlar daha çox çalışır. Lakin inkişaf etmiş ölkələrdə: kişilər qadınlardan daha çox işləyirlər. Eyni zamanda qadınların uzun müddət və davamlı olaraq çalışması da zamanın nə qədər irəliləməsinə baxmayaraq yenə də birmənalı olaraq qarşılanmamaqdadır. Bəzi ölkələrdə(müsəlman) qadınların işləməsi kişilər tərəfindən bəyənilməməkdədir. Bu seçim qadınların öhdəsinə sərbəst seçim olaraq buraxılmır...
0 0 0