"Xoş söz" hər kəsin ehtiyac duyduğu və hər kəsə xoş təəssürat, xoş əhval-ruhiyyə bəxş edəndir.
Lakin xoş söz daim işlənməli və söylənməlidir?
Kişilər tərəfindən söylənilən xoş söz daim diqqətimizi cəlb edən və unudulmayandır. Yaddaşımızda uzunmüddətli həkk olunan bu sözlər bizim daim düşünməyimizə səbəb olur...
"Xoş söz" daim həqiqəti əks etdirir yoxsa məhz kim üçünsə xoş təəssürat yaratmaq üçün işlədilir?
Ən çox ünvanlanan bu sözün daşıyıcıları məhz qadınlardır.
"Qadınlar sanki kompliment vurğunudurlar, daim tərif olunmaqdan sevərlər"- Tolstoy. Bu həqiqətən belədirmi?
İnsan xoş söz eşitməyə alüdədir. Lakin bu sözün daşıyıcıları niyə məhz qadınlar olduğu söylənilir?
Kompliment " tərif edən"-sanki qadınlar daim bunu arzulayır, bunu eşitmək istəyirlər. Onlar üçün bu çox vacib hesab olunsa belə qadınlar özləri bunu inkar etməkdədirlər.
Qadına nə qədər kompliment və eyni zamanda tərif söylənərsə o özünə bir o qədər aşiq olur və onda sürətpərəstlik xəstələyi yaranmış olur.
Daim özündən razılıq edən, eyni zamanda özünü hər kəsdən yüksək tutan bu tip qadınlar əslində həqiqəti görə bilmirlər?
Reallıq eyni zamanda yalnız soş təsir bağışlamaq xatirinə söylənən komplimentlər bu tip qadınlar tərəfindən ayırd edilə bilmir. Bunun nəticəsində onlar tamamilə reallıqdan uzaqlaşmış olurlar.