Türkiyə prezidenti Abdulla Gül xəstələnib

Son güncelleme: 06.01.2010 23:09
  • noimage

    Türkiyə prezidentinin iqamətgahı Abdulla Gülün xəstələnməyi barədə xəbər yayıb. Lent.az-ın "CNN-Türk"ə istinadən yaydığı xəbərə görə, Türkiyə prezidenti soyuqdəymədən əziyyət çəkir.

    Məlumata görə, xəstəliyi səbəbindən prezident gündəlik proqramında dəyişikliklər etməyə məcbur olub.

    Prezidentin Fələstin lideri Mahmud Abbas ilə heyətlərarası görüşü və mətbuat konfransı da təxirə salınıb.

    Dünən səhər açıqlanan proqrama görə, Abdulla Gül Türkiyədəki bütün səfirlərə ziyafət verməli idi. Daha sonra isə onun Mahmud Abbasla görüşü baş tutmalı idi. Görüşdən sonra mətbuat konfransı keçirilməli idi. Gündəlik proqram Türkiyə prezidentinin Mahmud Abbas ilə birlikdə şam yeməyi ilə bitməli idi.

    Gül səfirlərə ziyafət verib. Lakin xəstələnməyi səbəbindən qısa nitq söyləyib. Sonra isə prezident iqamətgahından ölkə başçısının proqramının dəyişməyi barədə məlumat gəlib. A. Gül proqramın yerdə qalan hissəsini təxirə salıb.
    Gül Mahmud Abbas ilə görüşünü çox qısa edib.

    Qaynaq:LENT.AZ
#06.01.2010 23:09 0 0 0