Xeyir və Şər gizlidir

Son güncelleme:
  • Bir zamanlar Afrikadakı bir ölkədə hökmranlıq edən bir kral vardı. Bu kralın uşaqlıqdan bir yoladaşı var idi. Və böyüyənədək bir yerdə idilər. Kral hara gedirdisə yoldaşınıda aparırdı.
    Kralın bu yoldaşının isə dəyişik bir xasiyyəti vardı. İstər öz başına gəlsin istər başqasının, istər yaxşı olsun istər pis, hər hadisə qarşısında həmişə eyni şeyi söyləyərdi:
    "Bunda da bir xeyr var!"
    Bir gün kralla yoldaşı birlikdə ova çıxırlar. Kralın yoldaşı tüfəngləri doldurur, krala verir, kral da atəş atırdı. Yoldaşı ehtimalla tüfənglərdən birini doldurarkən bir səhv etdi və kral atəş atarkən tüfəngi geriyə doğru partladı və kralın baş barmağı qopdu. Vəziyyəti görən yoldaşı hər zamanki sözünü söylədi:
    "Bunda da bir xeyr var!"
    Kral acı və hirslə qışqırdı: "Bunda xeyr filan yoxdur! Görmürsən barmağım qopdu?" Və sonra da hirsliliyi keçmədiyi üçün yoldaşını zindana atdırdı.
    Bir il sonra, kral insan yeyən qəbilələrin yaşadığı və əslində uzaq dayanması lazım olan bir bölgədə bir neçə adamıyla birlikdə ov edirdi.
    Adamyeyənlər onları ələ keçirdilər və kəndlərinə apardılar. Əllərini, ayaqlarını bağladılar və kəndin meydanına odun yığdılar. Sonra da odunların ortasına tikdikləri dirəklərə bağladılar. Tam odunları alovlandırmağa gəlirdilər ki, kralın baş barmağının olmadığını gördülər. Bu qəbilə, batil inancları səbəbiylə üzvlərindən biri əskik olan insanları yemirdi. Belə bir insanı yedikləri təqdirdə başlarına pis hadisələr gələcəyinə inanırdılar. Bu qorxuyla, kralı buraxdılar. Digər adamları isə bişirib yedilər.
    Sarayına döndüyündə, qurtuluşunun qopuq barmağı sayəsində reallaşdığını anlayan kral, o qədər illik yoldaşına rəva gördüyü rəftardan ötəri peşman oldu. Dərhal zindana qaçdı və zindandan çıxardığı yoldaşına başından keçənləri bir-bir izah etdi. "Haqlıymışsan!" dedi. "Barmağımın qopmasında həqiqətən də bir xeyr varmış. Elə buna görə, səni bu qədər uzun müddət zindanda tutduğum üçün üzr diləyirəm. Etdiyim çox haqsız və pis bir şey idi."
    "Xeyr" deyə cavab verdi yoldaşı. "Bunda da bir xeyr var."
    "Nə deyirsən Allah xatirinə?"
    deyə heyrətlə qışqırdı kral. "Bir yoldaşımı bir il boyunca zindanda tutmanın haradan xeyr ola bilər."
    "Düşünsənə, mən zindanda olmasaydım, səninlə birlikdə ovda olardım, elə deyilmi?" Və sonrasını düşünsənə?
0 0 0