Qadınların kişilərə qarşı maraq hərəkətləri

Son güncelleme: 06.01.2010 23:35
  • Qadınlar - Onları anlamaq çətindir, hətta deyərdim ki, mümkün deyil. Amma aşağıda oxuyacağınız məlumatlar yəni onların etdikləri hərəkətlər qarşısındakı insana qarşı marağını (məsələn ondan xoşu gəlməsi) göstərir.
    Qadınlar da kişilər kimi saça toxunma, geyimləri düzəltmə, bir və ya iki əllərini birdən baldırlarına qoyma, ayaq və bədənin kişiyə çevrilməsi daha uzun məhrəm baxışlar və artan göz baxışı kimi eyni təməl hazırlıq hərəkətlərini istifadə edirlər.

    Qadın hazırlıq hərəkətləri
    Həyəcan dolu bir maraq qadınlarda da göz bəbəklərinin böyüməsinə və yanaqların qızarmasına gətirib çıxarır. Bunun ardından digər siqnallar gəlir.

    alt
    Saçları geriyə atma
    Baş yüngülcə sovrularaq saçlar çiyinlərdən geriyə və ya üzdən uzağa atılır. Qısa saçlı qadınların belə bu hərəkəti etdikləri görülə bilər.

    alt
    Bilək Göstərmə
    Maraqlanan bir qadın potensial kişiyə biləklərinin iç tərəfindəki düz yumşaq bədəni göstərəcək. Bilək bölgəsi uzun zamandır bədənin ən erotik yerlərindən biri olaraq qəbul edilməkdədir. Danışarkən ovuclar da kişiyə göstərilər. Siqaret çəkən qadınlar ovuc göstərməyi siqaret çəkərkən çox asan edirlər. Bilək göstərmə və saç atma hərəkətləri qadıb kimi görünüşə sahib olmaq istəyən mavi kişilər tərəfindən də təqlid edilir.

    alt
    Baldır hərəkətləri
    Qıçlarını vurğulayacaq şəkildə yeriyərkən baldırların rolu əhəmiyyət qazanır. Aşağıda verilən daha digər hərəkətlərdən bəziləri əsrlərdir mal və xidmətləri satmaq üçün aparılan reklamlarda istifadə edilməkdədir.

    alt
    Yan Baxış
    Qadının göz qapaqları qismən aşağı olaraq kişi hiss edənə qədər ona baxır, ardından dərhal baxışlarını qaçırır. Bu hərəkət bir müşahidə olunma və müşahidə etmə hissi oyandırır və bir çox kişini təsirləndirmək üçün kafidir.

    alt
    Ağız yüngül aralı, yaş dodaqlar
    Dodaqlar yalanılaraq və ya kosmetikadan istifadə edilməklə yaş dodaqlar effekti yaradılır. Hər iki vəziyyətdə də kişilərdə qadının cinsi dəvəti təəssüratını oyandırır.

    alt
    Qalxan çiyin üzərindən yana baxma
    Saç atma, bilək göstərmə, yan baxış, uzun uzun baxma, yaş dodaqlar və digər hərəkətləri istifadə edərək müəyyən bir reklamlar üçün də ideal olaraq istifadə edilir.

    alt
    Qadınlarda qıç atma hərəkətləri
    Qadınlar qıç-qıç üstünə atmağı həssas bölgələri üçün bir qoruma olaraq istifadə edirlər. Adətən bu hərəkət də kişilərdə təsirləndirici effekt yaradır

    alt
    Ayaqqabıyla oynama da rahat bir rəftarı göstərir və bəzi kişilərin ağlını alacaq bir şəkildə ayağın ayaqqabıya salınıb çıxarılması kimi başdan çıxardıcı bir təsirə malikdir.



    Bunlardan başqa digər hərəkətlər də var ki, onları bura yazmağı özümə məsləhət bilmədim) Həm sayt üçün uyğun deyil, həm də şərhlərdə yazılacaqları nəzərə alıram.

    Qaynaq:mix.az
#06.01.2010 23:35 0 0 0