Məşhurlardan yerində deyilmiş sözlər

Son güncelleme: 07.01.2010 12:54
  • İohann Volfqanq Höte

    Böyük Alman şairi Höte (1749-1838) demişdir:

    -Təbiət öz hərəkətində dayanmaq nə olduğunu bilmir və buna görə də hər bir fəaliyyətsizliyi ölümlə cəzalandırır.

    Lensdel

    İngilis dramaturqu Lensdel zəif bir səhnə əsərinin ilk tamaşasına baxarkən birinci pərdədən sonra yoldaşına deyir:

    -Dur gedək baxmağa dəyməz!
    -Yaxşı deyil, özü də bizə pulsuz bilet verilib!

    Dramaturq razı olub, ikinci pərdəyə də baxmağa başlayır. Lakin davam gətirə bilməyib pərdənin ortasında ayağa qalxaraq lojadan çıxmaq istədikdə yoldaşı hara getdiyini soruşur. O isə cavab verir:

    - Gedim biletin pulunu verim!

    Qothold Lessinq

    Böyük Alman yazıçısı və tənqidçisi Lessinq deyib:

    -Yalanı sübut etmək mümkün deyil. Gərək bunun üçün yeni bir yalan quraşdırasan.

    Mirzə Əli Xan Ləli

    Cənubi Azərbaycanın yumorist şairi Ləli öz atının ərəb cinsli olduğunu iddia edirdi, sübut istədikdə isə belə deyirdi:

    -Bazara çıxarkən atım harada xurma görürsə, o tərəfə baxır. O, ərəb cinsindən olmasaydı, xurma ilə maraqlanmazdı.

    Liziy

    Qədim Yunanıstanın məşhur natiqlərindən Liziy bir canini müdafiə etmək üçün yazdığı nitqini birinci dəfə müqəssirə oxuduqda müqəssir onu bəyənmişdi. İkinci və üçüncü dəfə oxuduqdan sonra isə müqəssir dedi:

    -Üçüncü dəfə qulaq asdıqda çox sönük və lüzumsuz yazı kimi göründü mənə.

    Liziy gülərək demişdi:

    -Fikir eləmə... Sənin hakimlərin onu bir dəfədən artıq dinləməyəcəklər.

    Stefen Likok

    Yumorist yazıçı Likokun yanına birisi gəlib gülüş doğuran əsərlər yazmağın üsulunu öyrənmək istədiyini bildirir. Yazıçı ona deyir:

    -Gülməli yazmaq çox asandır. Qələm, kağız və mürəkkəb hazırlayırsınız, sonra başlayırsınız başınıza gələn fikirləri yazmağa.

    Həmin şəxs:

    -Bəli, bəli... Doğru deyirsiniz, təşəkkür edirəm!-deyərkən Likok:
    -Yazmaq asandır, bütün çətinlik başınıza fikir gələ bilməsindədir!-deyir.

    Avraam Linkoln

    Bir ingilis diplomatı, Ağ evə gələrək ABŞ prezidenti Linkolnun öz çəkmələrini sildiyini görür və təəccüblə soruşur.

    -Hörmətli prezident, siz öz çəkmələrinizi təmizləyirsiniz?..
    -Əlbəttə... yoxsa siz başqasının çəkmələrini təmizləyirsiniz?-deyə Linkoln cavab verir.
#07.01.2010 12:54 0 0 0