Artıq gülmək vaxtıdır

Son güncelleme: 07.01.2010 12:57
  • noimage

    1. Heyvanxanada uşaq barmağı ilə primatlar olan qəfəsə tərəf göstərir və qışqırır:
    - Ana ! Ana ! Bax - proqramçılar!
    - Sən nəyə görə belə fikirləşirsən?
    - Onlar atam kimidirlər ! - çirkli, tüklü və yanlarında "mazol" var !!

    2. Oglan yataqda uzanan atasindan soruşur:
    - Ata yatmisan?
    Atasi:
    - Nədir ki?
    Oğlan:
    - Mənə 50 dollar pul lazimdir.
    Atasi:
    - Bala yatmışam. Məni deng eləmə...

    3. Kişi:
    - Arvad otaqda neçə dərəcə istilik var?
    Arvad:
    - 20 dərəcə.
    Kişi:
    - Bəs bayırda?
    Arvad:
    - 25 dərəcə.
    Kişi:
    - Elə isə aç pəncərəni, qoy o 5 dərəcə də girsin otağa...

    4. Alıcı:
    - Deməli, satışa təzə çıxan parça budur?
    Satıcı:
    - Bəli fabrikdən dünən almışıq.
    Alıcı:
    - Gün dəyəndə solmur ki?
    Satıcı:
    -Siz nə danışırsınız, düz bir aydı ki, asmışıq vitirinden heç halında dəyişiklik olmayıb...

    5. Molla Nəsrəddindən soruşurlar:
    - Sizin neçə yaşınız var?
    Molla Nəsrəddin cavab verir:
    - 45 yaş.
    5 il keçdikdən sonra yenidən Molla Nəsrəddindən yaşını soruşduqda yenə 45 yaşının olduğunu deyir. Buna təəccüblənib soruşurlar:
    - Bu nə olan işdi? Axı 5 il qabaq sizdən yaşınızı soruşanda dediniz 45 yaş, indi niyə yenə 45 deyirsiniz?
    Molla Nəsrəddin cavablarında belə deyir:
    - Kişi sözündən döməz.

    6. Bir bayram günü Molla Nəsrəddin qonşusuna bayramlaşmağa gedibmiş. Qonşusu hər qonağa olduğu kimi Molla Nəsrəddinə də bal təklif edir. Hər gələn qonaq 1 - 2 qaşıq baldan götürüb artıq yeməzdilər. Ama qonşu görür ki, Mola Nəsrəddin hey yeyir balı, kənara çəkilmək belə fikri yoxdur. Pətəyin yarısına qədər yediyini gördüyündə ona deyir:
    - Aman, siz çox yediniz, bu qədər çox bal yemək içinizi yandırar.
    Molla Nəsrəddin əlini saxlamayaraq cavabını verir:
    - Bir Allah bilir ki, indi kimin içi daha çox yanır.

    7. Donald Ramsfeld gedir cənntə. Orda kəlan saat gorur. Soruşur bu saatlar nədi. Deyirlər ki, bu yalan saatlarıdı. Hər dəfə yalan danishanda əqrəb bir dəfə hərəkət eliyir.
    - Ooo.. bu kimin saatıdı?
    - Bu rahibə Teressanın saatıdır. Əqrəb heç tərpənməyib, heç yalan danışmayıb.
    - Inanmaq olmur. Bəs bu kimindi?
    - Bu Abraham Linkolinindir. Ömrü boyu yalnız 2 dəfə yalan danışıb.
    - Bes Buşun saatı hardadı?
    - O öz ofisindədi. Ondan ventilyator kimi istifadə eliyir.

    8. Biri gəlib məhəllədə başlayır goplamağa:
    - Uşaqlar keçən həftə getmişdim afrikaya.
    Uşaqlar buna sual verirler:
    - Orda göy rəngli fillər olur, onu necə öldürürlər?
    - Xüsusi silahla.
    - Bəs yaxşı qırmızı filləri?
    - Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
    - Bəs yaşıl filləri?
    - Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla.
    - Bes sarı filləri?
    Cavab tapa bilmir:
    - Sarı fil olur, eee??

    9. Müəllim Əlidən soruşur:
    - Böyüyəndə nəçi olmaq istəyirsən?
    - Əlbəttə ki, memar. Özümə küncü olmayan ev tikəcəm.
    - Niyə görə küncü olmayan?
    - Bezdirib meni bu kunclər!


    10. Bir qız ərə gedir 3 aydan sonra uşağı olur . Qaynatası gəlir qızın atasıgilə. Dalaşa-dalaşa deyir:
    - Bu nə biabırçılıqdır?! 3 aya uşaq olar???
    Atası cavab verir :
    - Ay kişi, hirslənmə indi mən sənə başa salaram. Qızı məndən istəmisiz, sonra toy etmisiz. Neçə ay olub?
    - 3 ay.
    - Elçi gondərmisiz - razılaşmışam, qızı vermişəm. Neçe ay olub?
    - 3 ay.
    - Indi seviblər bir-birilərini, uşaqları olub da! Neçe aydır?
    - 3 ay.
    - Neçe elədi?
    - 9 ay.
    - Di Allah xoşbəxt eləsin, adıyla böyüsün də! :)

#07.01.2010 12:57 0 0 0