Teymur Rəcəbovla Rauf Məmmədov Türkiyə ilə görüşə buraxılmadı

Son güncelleme: 08.01.2010 00:03
  • noimage

    Türkiyənin Bursa şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatında bu gün ikinci turun qarşılaşmaları oynanılacaq.

    Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası Bakı vaxtı ilə saat 17:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.

    Şahmatçılarımız ağ fiqurlarla mübarizə aparacaqlar. Artıq görüşlərin tərkibi müəyyənləşib. Komandamızın kapitanı Zurab Azmayparaşvili bu turda Teymur Rəcəbovla Rauf Məmmədova istirahət verib:

    Vüqar Həşimov - Mərt Ərdoğdu
    Qədir Hüseynov - Yılmaz Mustafa
    Şəhriyar Məmmədyarov - Can Əmrə
    Nicat Məmmədov - Fırat Bulak

    Bu gün daha 4 oyun olacaq:

    Ermənistan - İsrail
    Braziliya - Misir
    Yunanıstan - Rusiya
    ABŞ - Hindistan

    Qeyd edək ki, ilk turda yığmamız Ermənistanı məğlub edib - 2,5:1,5. Digər görüşlər isə belə nəticələnib:

    Türkiyə - ABŞ - 1:3
    Hindistan - Yunanıstan - 2,5:1,5
    Rusiya - Braziliya - 2,5:1,5
    Misir - İsrail - 1:3.

    İlk turdan sonra İsrail və ABŞ hərəyə 3 xalla 1-2-ci, Azərbaycan, Hindistan və Rusiya hərəyə 2,5 xalla 3-5-ci, Braziliya, Yunanıstan və Ermənistan hərəyə 1,5 xalla 6-8-ci, Türkiyə və Misir isə hərəyə 1 xalla 9-10-cu yerləri bölüşdürürlər.

    Qaynaq:LENT.AZ
#08.01.2010 00:03 0 0 0