Bakıda ağır yol qəzası-1 ölü

Son güncelleme: 08.01.2010 07:45
  • noimage

    Yanvarın 8-də səhər saatlarında Bakının Nobel prospektində ölümlə nəticələnən yol qəzası baş verib.

    APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, "Opel-Astra" və "Hyundai Tucson" markalı avtomobillərin toqquşması nəticəsində "Opel-Astra"nın sürücüsü yerindəcə keçinib, "Hyundai Tucson"un sürücüsü isə müxtəlif xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin kimin günahı ucbatından baş verdiyi hələlik məlum deyil. Maraqlıdır ki, hər iki avtomobilin sürücü polis əməkdaşıdır.

    Polis hazırda hadisə yerində təhqiqat aparır.

    Qaynaq:LENT.AZ
#08.01.2010 07:45 0 0 0