Ermənilər Qazaxda kənd qəbiristanlığını dağıdıb

Son güncelleme: 08.01.2010 19:58
  • Ötən gün dəfn edilən bir nəfərin məzarı üzərinə xaç simvolu qoyulub.

    noimage

    Qazax rayonunun işğal altında olan Qızılhacılı kənd qəbiristanlığı ermənilər tərəfindən dağıdılıb. Bu barədə məlumatı ANS PRESS-ə rayon sakini, birinci Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Namiq Famil oğlu Əliyev verib. Onun sözlərinə görə, məzarlıqda təqribən 50 məzar dağıdılıb.

    Hadisə yerinə Qazax Rayon İcra Hakimiyyəti başçısı Fərman Nağdəliyev, Qazax Rayon Polis rəisi müavini, Milli Təhlükəzilik Nazirliyinin Qazax rayon şöbəsinin rəhbəri və kənd ictimaiyyəti toplaşıb.

    Qazax rayon polis şöbəsinin rəis müavini Ədalət Sadıxov ANS PRESS-ə bildirib ki, həqiqətən də məzarlıqda qəbirlər dağıdılıb. Təqribən 30 məzar tamamilə dağıdılıb. Dünən dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub. Ədalət Sadıxov bildirib ki, ilkin ehtimala görə, məzarlığı ermənilər dağıdıblar. Belə ki, işğal altında olan Qızılhacılı kəndi ilə ermənilərin İcevan rayonunun Barkaber kəndi arasında 7 km məsafə var və kənd qəbiristanlığı erməni postunun yaxınlığındadır. Həmin ərazidə yaşayış məntəqəsi yoxdur, gediş-gəliş isə ümumiyyətlə yox dərəcəsindədir.

    Qaynaq:anspress.com
#08.01.2010 19:58 0 0 0