Moskva Bələdiyyəsinin başçısı Yuri Lujkovun təməlini atdığı, Rusiya prezidenti Dmitri Medvedevin ziyarət etdiyi Moskva Mərkəz Məscidinin minarələrinin əsas inşaatı tamamlanıb. 75 metr hündürlüyü olan minarələr Kremldən görünəcək.
Moskva Bələdiyyəsinin başçısı Yuri Lujkovun təməlini atdığı, Rusiya prezidenti Dmitri Medvedevin ziyarət etdiyi Moskva Mərkəz Məscidinin minarələrinin əsas inşaatı tamamlanıb. 75 metr hündürlüyü olan minarələr Kremldən görünəcək.
Rusiya Müftilər Şurasının da yerləşdiyi Mərkəz Məscidinin inşaatının yarıdan çoxu tamamlanıb. 2 milyon müsəlmanın yaşadığı Moskvada olan altı məscidin qeyri-kafi vəziyyəti səlahiyyətli orqanları hərəkətə keçməyə məcbur edib. Küçədə yüz minlərlə insanın bayram namazı qılmasına könülünün razı olmadığını bildirən Lujkov, paytaxtda daha 10 məscidin tikilməsinin lazım olduğunu söyləyib.
Xaırladaq ki, Rusiya prezidenti Medvedev də köhnə məscidin içinə ayaqqabılarını çıxararaq girmiş və Rusiya Müftilər Şurası başçısı Ravil Qaynuddindən məlumat almışdı. Medvedev, ziyarətdən sonra Moskva Bələdiyyəsi və digər qurumlara göstəriş verərək, məscid inşaatının asanlaşdırılması üçün lazım olan tədbirlərin görülməsini tapşırmışdı.
Kremlə 3 kilometr məsafədə yerləşən Mərkəz Məscidin bağlı hissəsində 5 min, açıq sahəsində isə 20 min olmaqla cəmi 25 min adam eyni anda namaz qıla biləcək. Türkiyənin tikintisinə də yaxından kömək etdiyi məscidin təxminən 200 milyon dollara hazır olacağı bildirilir. Moskvanın simvollarından biri halına gələcək məscidin 2012-ci ildə ibadətə açılması planlaşdırılır. 20 milyondan çox müsəlmanın yaşadığı Rusiyada isə 5 mindən artıq məscid var.
"Kimsənin inancını başqaları müəyyənləşdirə bilməz"
Rusiya Müftilər Şurası nümayəndəsi Mustafa Kötükçü, minarələrin məscidlərin bir parçası olaraq görülməsinin lazımlığını söyləyib. İsveçrədə davam edən minarə böhranının yalnız millətçi qrupların və İslam əleyhdarlarının işinə yaradığını bildirən Kötükçü, "Moskvada olan bütün məscidlərin minarəsi var. Bu əsrlərdir yaşayan bir ənənədir" -deyə qeyd edib.
Minarə qadağasının ağıllı bir davranış olmadığını bildirən Kötükçü, "Heç bir kimsənin inancını və düşüncələrini başqaları referendumla müəyyənləşdirə bilməz. Bu vəziyyət əvvəlcə ağıla, sonra da beynəlxalq hüquqa ziddir. Belə bir qərar dünyanın hər tərəfində, hər seqmentdən olan insanı narahat edir. İsveçrənin bu qərarı ləğv edəcəyinə ümid edirəm" -deyə söyləyib.