Səfurə və Aysel Moskva səhnəsində birgə oxuyacaqlar

Son güncelleme: 14.05.2010 15:34
  • noimage



    “Eurovision-2010” promo-turu çərçivəsində Almaniya, Hollandiya, Belçika və Polşada olan təmsilçimiz Səfurə Əlizadə indi də Moskvaya səfərə hazırlaşır.

    Lent.az-ın müğənninin şəxsi saytına istinadən məlumatına görə, Səfurə Əlizadə fanatlarla görüşəcək, paytaxtda xüsusi məkanda müğənninin xüsusi avtoqraf-sessiyası olacaq.

    Tədbiri işıqlandırmaq üçün sayılıb-seçilən mətbuat nümayəndələri Moskvaya qayıqla gələcək.

    Əhəmiyyətli hadisələrdən biri də Səfurənin “Zafferano” klubda canlı çıxışının planlaşdırılmasıdır. Qeyd edək ki, ötənilki “Eurovision” təmsilçimiz Aysel Teymurzadə də tədbirdə iştirak edəcək.
#14.05.2010 15:34 0 0 0