TRT nümayəndələri Tarkana 2010-cu ildə Eurovisionda Türkiyəni təmsil etməyi təklif edib
Hadisənin "Düm Tek Tek" adlı mahnısı ilə 4-cü olan Türkiyəni Eurovisionda bu il Tarkan təmsil edəcək. 2010-cu il Eurovision üçün cümə axşamı günü TRT rəsmiləri ilə razılığa gəldiyi bildirilən Tarkan, həm də TRT ilə əməkdaşlıq edir.
2010-cu il may ayında Norveçdə keçiriləcək Eurovision yarışmasında Türkiyəni təmsil edəcək olan Tarkan, TRT ilə önümüzdəki həftə razılığa gəldiklərini mətbuata açıqlayacağını bildirib. Məhşur sənətçi ilə TRT rəsmiləri arasında, Eurovisiondan başqa qurumun önümüzdəki günlərdə açılacaq musiqi kanalı üçün də proqram anşalması imzalanıb. Tarkanın ortaq olduğu HİTT production, TRT musiqi kanalı üçün proqram hazırlayacaq.
Tarkana Eurovisionda Türkiyəni təmsil etməsi üçün edilən təklif musiqi avtoritetləri tərəfindən sürpriz olaraq dəyərləndirilməyib. Belə ki, Avropa Yayım Birliyi Eurovision mahnı yarışmasının müdiri Svante Stockselius ötən il etdiyi bir açıqlamada "Türkiyə 2010-cu ildə Norveçdəki yarışa Tarkanı yollayarsa çox sevinərəm" demişdi.