Youtubenin keçirdiyi beynəlxalq internet yarışmasında Eurovison 2009-da Azərbaycanı Always adlı mahnı ilə təmsil edən Arash və Ayselin eyni adlı mahnıya çəkdirmiş olduğu klip birinciliyə layiq görülüb.
Ümumilikdə il ərzində Youtubedə izlənilən kliplərin izlənmə sayına əsasən təşkil olunmuş bu yarışda Eurovison 3-cüsu olan həm yerlimiz Aysel Teymurzadə və duet ortağı olan Arashın birgə çəkdirmiş olduqları Always adlı klip 9 ay müddətində 5.5 mly dəfə izlənmişdir.
İkinci pillədə isə Norveç təmsilçisi , Eurovison qalibi Aleksandr Ribak Fairytale klipi ilə yer alıb.Qeyd edək ki , Fairytale klipi Always klipindən 400 min dəfə az izlənilib .
3 cü pillədə isə Eurovison 2010 nun keçiriləcəyi ölkə olan Norveç haqqında hazırlanmış video olub .Bu video isə 3.1 mly dəfə izlənmişdir.
4 cü pillədə isə Eurovison 2009- da 7 ci pilləyə sahib olan Yunanıstan təmsilçisi Sakis Rouvas This is our night klipi ilə yer alıb .
İlk 5 liyi isə Eurovison 4-cüsü Hadisənin Düm Tək Tək klipi bağlayır.Bu klip isə 1.3 mlyn dəfə izlənmişdir.