Həzrə Türbələr Kompleksi

Son güncelleme:
  • Həzrə Türbəsi - Türbələr
    noimage

    Qəbələ rayonunun Həzrə kəndində, meşə içərisindəki sahəsi 3,5 hektara yaxın,
    orta əsr qəbristanında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır.
    Bu abidələr Şirvan-Abşeron memarlıq məktəbinə aid türbələrdən
    və sənduqələrdən ibarətdir.
    Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənmiş kitabələr həkk olunmuşdur.
    Qəbristanda dörd türbə vardır:

    1. Şeyx Bahəddin türbəsi (1446-cı il);
    2. Şeyx Mənsur türbəsi (XVI əsr);
    3. Şeyx Məhəmməd türbəsi (XV əsr);
    4. Türbə (XVI əsr).

    Qəbristandakı sənduqələr də diqqəti cəlb edir.
    Həkkak və xəttatlar ərəb əlifbasının xüsusiyyətlərindən istifadə edərək sənduqə
    və başdaşlarına vurduqları naxışlarla yanaşı abidələrin bəzəyində haşiyə,
    qaytan və cürbəcür xalçalar şəklində kitabə motivləri də işlətmişlər.
0 0 0