Kələxana Türbələr Kompleksi

Son güncelleme:
  • Kələxana Türbəsi - Türbələr
    noimage

    XVII əsrin monumental abidələri sırasına daxil edilməyə layiq olan memarlıq nümunələrindən biri
    Şamaxının Kələxana kəndindəki türbələr kompleksidir.
    Təxminən 205x150 metr sahədə yerləşən bu türbələrin sayı vaxtilə 9 olmuşdur.
    Hazırda isə onlardan 8-i qalır.
    Bunlardan yeddisi yaxşı qalmışsa da,səkkizinci türbə dağınıq haldadır.

    Üçüncü türbənin qarşısında,onu əhatə edən divar və divarın bir tərəfində giriş portalı şəklində düzəldilmiş tikililər vardır.
    Kələxana türbələri Azərbaycan memarlığı üçün səciyyəvi olan səkkizbucaqlı türbələrdir.
    Türbələrin gövdəsi səkkizbucaqlı prizma, örtükləri isə səkkizbucaqlı piramida şəklindədir.
    Türbələrin hamısına səliqə ilə yonulmuş ağ daşdan üz çəkilmişdir.
    Kələxana türbələri bir-birinə çox oxşamır, onların hər biri özünəməxsus xüsusiyyətlərə malikdir.
    Türbələrin fərdi xüsusiyyətlərini, əsasən, onların giriş qapısında görmək mümkündür.
    Burada ər türbənin qapısı müxtəlif şəkilli çərçivəyə alınmış, bəzi qapıların yuxarısında lövhələr yerləşdirilmişdir.
    Türbələrin birinin üzərində kitabə vardır ki, burada binanın 1663-cü ildə Sərkər Əbdülün rəhbərliyi tikildiyi göstərilmişdir.
0 0 0